Sənayə təbabəti klinikası




 

İstehsalat obyektlərindəki MediClub klinikaları öz təyinatlarına görə kifayət qədər müxtəlifdirlər. Onların fəaliyyəti bir qayda olaraq sifarişçinin məqsəd və tələblərinə görə müxtəlif profilli : neft qaz çıxarılması və nəqliyyatı, tikinti və digər geoloji kəşfiyyat işləri, sənaye obyektlərində tibbi - sanitar köməyin göstərilməsini əks etdirir. Xüsusi hazırlanmış mütəxəssislər işə daxil olarkən tibbi şəhadətnamələrin verilməsini, şirkət işçilərinin periodik profilaktik müayinələrini, sürücülərin, qida bloku işçilərinin xüsusi müayinəsini təşkil edirlər. Aparılan müayinələr professional yararlılıq haqqında sertifikatlarla təsdiq olunur.

Xüsusiləşmiş sənaye sağlamlığı və tibbi müayinə klinikaları, rezerv və xüsusi təhlükəli infeksion xəstəliklər, kütləvi avtomobil qəzası, kimyəvi zəhərlənmələr, yanğın, ,fövqəladə hadisələr zamanı ilkin yardım göstərmək üçün nəzərdə tutulan klinikalar mövcuddur. Bu həkimlərə yarım saat müddətində yetişmək imkanına malik zonada yerləşən kompaniya işçilərinin hərtərəfli müalicəsini, vaksinasiyasını, onları təcili və təxirəsalınmaz yardımla təmin etmək imkanı verir. Klinikalar ambulansla təmin olunub və öz ərazilərində fövqəladə vəziyyətlərə ilkin cavaba hazırdırlar.

MediClub klinikaları dəniz gəmilərində, barjalarda, ofislərdə, həmçinin neft emalı müəssisələri ərazilərində yerləşirlər. 

 

MediClub Azerbaijan
Ünvan:
 Ü.Hacıbəyov 45, AZ1010, Bakı
Tel.: +994 (12) 97-09-11/12/13
Mob.: +994 (50) 220-48-11
Faks: +994 (12) 498-70-96
E-mail: office@mediclub.az

Первый заместитель медицинского директора
по промышленной медицине и клинической администрации
Tel.: +994 (12) 497-09-11 ext. (176)
E-mail: a.babayeva@mediclub.az