MediClub Pediatriya klinikası




 

Zaqafqaziya regionunda ilk özəl klinika kimi 2007-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır. 2 aydan sonra klinika tam gücü ilə işləməyə başlamışdır.

Klinikada yeni dogulma dövründən 16 yaşına qədər uşaqlara həm ambulator, həm də stasionar tibbi yardım göstərən dördü elmlər namizədi olmaqla 16 həkim pediatr və yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssislər xidmət göstərir. Planlı və təcili yardım göstərmək ücün klinika öz təcrübəsində xaricdən dəvət edilmiş aparıcı klinikaların mütəxəssislərinin cəlb olunmasından geniş istifadə edir.

İki mərtəbədə 12 stasionar carpayı, ambulatoriya, fizioterapiya və rehablitasiya şöbələri, diaqnostik şöbələr: rentgen, ultrasəs müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, müasir ləvazimatlarla təchiz olunmuş laboratoriya yerləşir. Şöbə öz işində profilaktik tədbirlər, təcili yardım, patronaj, vaksinasiya, evdə stasionarın təşkili kimi xidmətlərdən istifadə edir.


Profilaktik ,saglam uşagın normal fiziki və psixiki inkişafının müşahidəsinə yönəlmiş tədbirlərə xüsusi əhəmiyyət verilir. Klinikaya müraciətlərin illik sayı 70.000-ə yaxındır ki, bunlardan da 1000 -ni hospitalizasiya olunanlar təşkil eidir.


MediClub Paediatric
Ünvan:
 Ə.Quliyev 73, Bakı
Tel.: +994 (12) 498-89-11
Faks: +994 (12) 596-82-11