Azərbaycanın ilk özəl klinikası olan MediClub-ın açılışı 1998-ci ilin sentyabr ayında baş vermişdir. Açılış mərasimində ümumxalq lider, ölkə prezidenti Heydər Əliyev iştirak etmişdir.
Şirkətin sahibi və Baş Direktoru – Sabir Adnayev, Azərbaycan Respublikasının Əməkdar həkimi, PhD, dövlət səhiyyə sistemində geniş təcrübəsinə əsaslanaraq, unikal könüllü tibbi sığorta sistemini yaradıb, ölkənin ilk özəl klinikasını açmışdır. Peşəkar komanda heyətinin səyləri nəticəsində şirkətin təşkilatı strukturu təkmilləşir, daimi yeni tibbi və idarəetmə texnologiyaları tətbiq edilir, işçilərin peşəkar təkmilləşməsi həyata keçirilir.