Laborator diaqnostikası

Laborator diaqnostikası. MediClub laboratoriyası
 

MediClub laboratoriyası 1998-ci ildən, MediClub-ın ilk klinikası- MediClub Poliklinika açıldığı andan, fəaliyyət göstərir. Hal-hazırda MediClub-ın hər bir klinikasında laboratoriya mövcuddur.

MediClub Poliklinika və MediClub Hospital klinikaların nəzdində fəaliyyət göstərən laboratoriyalarda biomaterialın qəbulu, qeydiyyatı və tədqiqatı həftənin 7 günü 24 saat ərzində aparılır. MediClub KIDS və MediClub Gəncə klinikalarının laboratoriyalarının iş rejimi 8.00-dən 20.00-ə qədərdir. Bundan əlavə səyyar briqadanın mütəxəssisləri tərəfindən biomaterialın evdə götürülməsi mümkündür.

Laboratoriya kliniki-diaqnostik məqsədlər üçün nəzərdə tutulan 1300-dən artıq laborator müayinənin aparılmasına imkan yaradır.

Laborator diaqnostikası. MediClub laboratoriyası
 

Laboratoriyanın tədqiqat sahəsinə daxil olanlar: kliniki, hematoloji, biokimyəvi, koaquloji, allergik, hormonal, immunoloji, seroloji, mikrobioloji müayinələr, iltihab prosesinin və autoimmun xəstəliklərin markerlərinin təyini, PZR-diaqnostika, dərman monitorinqi.

İl ərzində MediClub klinikasında orta hesabla 400.000-dən artıq müayinə aparılır. COVID-19 pandemiyası dövründə laboratoriyamız tərəfindən 500.000-dən artıq COVID-müayinəsi keçirilmişdir.

Əlavə olaraq beynəlxalq standartlara uyğun laboratoriyamızda suyun keyfiyyətinin 50 parametr üzrə kimyəvi və bioloji qiymətləndirilməsi aparılır. Bu araşdırmaların sırasına həmçinin Legionella üçün müayinə və Azərbaycanın ərazisinin hər bir bölgəsində fəaliyyət göstərən əksər xarici və bir çox yerli şirkətlər üçün icra olunan qidanın bakterioloji müayinəsi daxildir.

Laborator diaqnostikası. MediClub laboratoriyası
 

MediClub laboratoriyası LabCred (Böyük Britaniya) tərəfindən aparılan xarici və daxili auditdən keçmişdir.

MediClub laboratoriyası Azərbaycanın 2015-ci ildən etibarən RIQAS (Böyük Britaniya) xarici keyfiyyət qiymətləndirmə proqramında iştirak edən ilk laboratoriyasıdır.

2019-ci ildən etibarən MediClub parallel olaraq Bio-Rad EQAS® (ABŞ) xarici qiymətləndirmə proqramı ilə də işləyir.

Bizim əsas hədəfimiz - müayinələrin dəqiq nəticələrini təqdim etməkdir. Seçiminiz biz olduqda Siz peşəkarı seçmiş olursunuz!

Laborator diaqnostikası. MediClub laboratoriyası