Sənaye təbabəti

1998-ci ildən etibarən MediClub-ın fəaliyyət istiqamətlərindən biri də sənaye təbabətidir. Bu gün MediClub şirkəti MediClubGeorgia ilə əməkdaşlıqla fəaliyyətini Xəzərdən Qara dənizə qədər genişləndirərək regionun sənaye təbabəti bazarında aparıcı mövqe tutur.

Sənaye təbabəti
 

Sənaye təbabəti departamentinə quruda və dənizdə yerləşən uzaq obyektlərdə gecə-gündüz fəaliyyət göstərən tibb məntəqələri, habelə təlim mərkəzi və profilaktik tibbi müayinələr şöbəsi daxildir.

MediClub-ın sənaye təbabəti departamentinin xidmətlərindən 300-dən çox beynəlxalq və milli neft-qaz və digər şirkətlər istifadə edir.


1999-cu ildən etibarən MediClub BP-nin (British Petroleum) Azərbaycan və Gürcüstanda subpodratçısıdır.

Sənaye təbabətinin idarəçiliyi sənaye təbabəti menecerləri və həkimlərindən ibarət qrup ilə təmsil olunur. Onun vəzifələrinə tibb məntəqələrinin işinin idarə edilməsi, onların lazımi dərmanlar və avadanlıqlarla təmin edilməsi, texniki dəstək, iş proseduralarının hazırlanması və tətbiq edilməsi, tibb işçilərinin bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, fərdi inkişaf planlarının (PDPs) yerinə yetirilməsinə nəzarət daxildir.

Sənaye təbabəti
 

Növbətçi menecer 24/7 rejimində telefon zənglərini qəbul edir və təcili tibbi yardım və tibbi təxliyələrin, habelə ambulator müalicəyə göndərişlərin təşkilati hissəsini həyata keçirir.

Kütləvi zədələnmələr zamanı növbətçi menecer fövqəladə halların aradan qaldırılması planına uyğun olaraq mövcud ehtiyatdan əlavə resursları səfərbər edir.

Gecə-gündüz 4 yüksək ixtisaslı aparıcı həkim istehsalat müəssisələrinin həkimlərinə konsultativ yardım göstərir, onlara diaqnoz və müalicəyə dair tövsiyələr verirlər.

Sənaye müəssisələrinin xəsarət almış əməkdaşlarına və xəstələrinə yardım göstərmək üçün şöbənin ixtiyarında iki təcili tibbi yardım briqadası və ağırlıq dərəcəsindən asılı olmayaraq istənilən xəstənin daşınması üçün bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş xüsusi təchizatlı reanimobillər vardır.

Yoluxucu xəstəliyə şübhəli xəstənin hospitalizasiyası zamanı təxliyə xüsusi "Isovac" kapsulundan istifadə etməklə həyata keçirilir.

Sənaye təbabəti
 

Sənaye təbabəti sistemində çalışan bütün tibbi heyət, təcili və təxirəsalınmaz yardım xidmətinin həkimləri ilə yanaşı, ACLS (Advanced Cardiovascular Life Support) və PHTLS (Prehospital Trauma Life Support) və xəstələrin dənizdən helikopter və ya gəmi ilə təxliyəsi üçün BOSIET (Basic Offshore Safety Induction and Emergency Trainig) üzrə xüsusi təlimlərdən keçmişdir.

8 dəniz platformasında və bütün neft və qaz kəmərləri boyunca quruda 8 iş sahəsində, o cümlədən digər şirkətlərin 3 gəmisində və 5 sahəsində tibb məntəqələri təşkil olunub.
Onların hamısı lazımi dərman dəsti və tibbi avadanlıqla təchiz edilib.
Qurudakı bütün tibb məntəqələri reanimobillərlə təchiz olunub.

Sənaye təbabəti
 

Tibb məntəqəsinin işçilərinin əsas vəzifələri aşağıdakılardır:
■ ilk tibbi yardımın göstərilməsi;
■ xəstələrin konsultasiyası;
■ dərman vasitələri ilə təminat;
■ tibbi təxliyə;
■ xəstəliklərin və xəsarətlərin qeydiyyatı;
■ iaşə obyektlərinin təftişi;
■ sanitar-maarifləndirmə işi;
■ əmək şəraitinin öyrənilməsi, zərərli və təhlükəli istehsal amillərinin müəyyən edilməsi və peşə xəstəliklərinin qarşısının alınması üzrə məsləhətlər;
■ iş yerlərinin qiymətləndirilməsi və onların yaxşılaşdırılmasına dair məsləhətlər;
■ peyvəndlənmə.

MediClub-ın təlim mərkəzi regional mərkəzdir və Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən həm qeyri-tibb işçiləri, həm də tibb işçiləri üçün ilk tibbi yardım üzrə təlimlər (beynəlxalq sertifikatların verilməsi ilə) keçirilməsi üzrə sertifikatlaşıb.

Təlim mərkəzində ildə orta hesabla 56 şirkət üçün 1000-dən çox iştirakçını əhatə edən 200-dən çox kurs keçirilir.

MediClub-ın sənaye təbabəti departamentində 54 həkim, 23 orta tibb işçisi çalışır və 120 şirkət üçün ildə orta hesabla 3500-dən çox tibbi müayinə aparılır.