Təcili yardım

MediClub Təcili yardım
 

Azərbaycanda ilk özəl təcili yardım xidməti, xəstəxanadan kənarda təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün zəruri müasir avadanlıqla təchiz edilmiş və yüksək ixtisaslı mütəxəssisləri toplamış, MediClub şirkəti tərəfindən 20 il əvvəl 2 briqadanın (böyüklər və pediatrik) xəttə çıxması ilə yaradılmışdır.

Bu gün təcili yardım xidmətində respublikanın bütün ərazisi üzrə gecə-gündüz 10-dan çox briqada çalışır.

Yüksək ixtisaslı həkim və feldşerlər hər il BLS (Basic Life Support), ACLS (Advanced Cardiovascular Life Support), PALS (Pediatric Advanced Life Support), ATLS (Advanced Trauma Life Support) proqramları üzrə təxirəsalınmaz yardım göstərilməsinə dair hazırlıq keçirlər; sürücü heyəti təxirəsalınmaz yardım göstərməyə öyrədilib.

MediClub Təcili yardım
 

Briqadaların müasir portativ avadanlıq dəsti ilə təchiz olunması vəziyyətin ağırlığından asılı olmayaraq xəstələrə tibbi yardım göstərməyə, eləcə də ağciyərlərin süni tənəffüsünə ehtiyacı olanların daşınmasına imkan verir.

Bütün yaş uşaqlarda təcili tibbi müdaxilə tələb edən xəstəliklər və fövqəladə hallar zamanı (zədələnmələr, zəhərlənmələr və s.) MediClub-ın təcili və təxirəsalınmaz tibbi yardım pediatrik briqadaları həyatı təhlükəli vəziyyətdə olan uşaqları gecə-gündüz tibbi nəzarət və müalicəni təmin edən MediClub Hospitalına çatdırırlar.

Pediatrik təcili yardım briqadasının avtomobilində xüsusi inkubatorun olması yeni doğulmuş körpələrin daşınmasına imkan verir. Zəruri hallarda sanitar-aviasiya və sanitar təxliyəni əhatə edən tibbi təxliyə həyata keçirilir.

MediClub Təcili yardım
 

Təcili yardım briqadaları ilə yanaşı, həm böyüklər, həm də uşaqlar üçün 2 təxirəsalınmaz yardım briqadası da hər gün xəttə çıxır. Xəstənin evdə vəziyyətindən asılı olaraq təxirəsalınmaz yardım həkimi bir saat ərzində evə gələrək ilkin tibbi yardıma başlaya bilər.

Bu gün şəhərdə 2 böyük, 2 pediatrik və 2 təxirəsalınmaz yardım briqadası gecə-gündüz növbə çəkir.

Heyətin ehtiyat cədvəl sistemi və kifayət sayda avtomobillərin olması, təcili ehtiyac yaranan hallarda (epidemiya, kütləvi zədələnmələr) briqadaların sayını artırmağa imkan verir.

MediClub Təcili yardım
 

Təcili tibbi yardımın əsas bölmələrindən biri də operativ bölmədir. Operativ bölmənin əsas vəzifəsi müraciətlərin mərkəzləşdirilmiş qaydada qəbulunu təşkil etmək, tibbi xidmətə görə müraciətlərin gecə-gündüz əlçatanlığını təmin etmək, daxil olan zənglərin vaxtında icrasını təşkil etməkdir.

Mərkəzi dispetçer otağında əməkdaşlar arasında böyük həkim koordinatorun olması bu və ya digər təcili yardım briqadasının, yaxud təxirəsalınmaz yardım həkiminin göndərilməsinin zəruriliyini müəyyən etməyə imkan verir.

İstər respublikanın rayonlarından, istərsə də şəhərdaxili (xəstənin bir xəstəxanadan digər xəstəxanaya daşınması) praktiki olaraq ağır xəstələrin bütün daşınmalarını MediClub-ın təcili yardım briqadaları həyata keçirilir.
Son 2 ildə COVID-19 epidemiyası zamanı ən ağır xəstələr qrupunun ağciyərlərin süni tənəffüsünə ehtiyacı olduğu zaman bu xüsusilə önəmli oldu.

Ötən il ərzində 338 daşınma həyata keçirilib, onlardan şəhərdaxili - 298, rayonlardan – 42.

AZAL, Türk Hava Yolları, Lufthansa ilə çoxillik müqavilələr Türkiyə, Rusiya, Avropa, Böyük Britaniya və ABŞ-dakı müalicə- diaqnostika müəssisələrinə hava tibbi təxliyənin aparılmasına imkan verir. Həmçinin beynəlxalq sığorta və Assistance şirkətlərin sifarişi ilə MediClub komandasının həkimləri xəstəni xüsusi təchiz olunmuş hava gəmisində dünyanın, demək olar ki, istənilən yerinə çatdırır.

MediClub-ın təcili yardım heyəti BLS, ACLS və PHTLS (Prehospital Trauma Life Support) beynəlxalq proqramları üzrə hazırlıq keçib, həmçinin xəstələrin dəniz gəmilərindən və neft platformalarından təxliyəsi üçün xüsusi BOSIET (Basic Offshore Safety Induction and Emergency Trainig) təlimi keçirlər.

2021-ci ildə təcili yardım çağırışlarının ümumi sayı 6771 təşkil edib, onlardan böyüklər üçün - 5010, uşaqlar üçün – 1761 çağırış olub.

MediClub Təcili yardımının üstünlükləri

■ briqadanın günün istənilən vaxtı istənilən ünvana ən qısa müddətdə yola çıxması;
■ reanimasiya və digər profilli briqadaların (ümumxətt, pediatrik, kardioloji, reanimasiya və s.) mövcudluğu;
■ US və rentgen müayinələrin aparılmasını, laborator analizlərin götürülməsini, evdə, iş yerində ekspres-testlərin aparılmasını və istənilən vəziyyətdə olan pasiyentin daşınmasını mümkün edən portativ cihaz dəsti;
■ xəstəxanaya aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar, müalicəvi manipulyasiyalar (inyeksiyalar, infuziya terapiyası, kateterizasiya, zondlama, ağciyərlərin süni tənəffüsü və s;
■ avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır;
■ qeyri-məhdud müddət ərzində ev şəraitində xəstəyə nəzarət;
■ uşaqlara, o cümlədən yeni doğulan körpələrə təcili yardım;
■ klinikadan təcili yardım maşınının hərəkətini nəzarətdə saxlamaq və optimal marşrutu seçmək imkanı verən rabitə sistemi;
■ klinikanın aparıcı mütəxəssisləri ilə birgə diaqnostika və müalicə proqramı üçün audio rabitə.

MediClub adı bütün ölkə ərazisində fəaliyyət imkanına malik ən yaxşı Təcili Yardım xidməti kimi məşhurlaşıb. Biz 7/24, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hazırıq.