Poliklinika - həm böyüklərdə, həm də uşaqlarda xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə tədbirlər görülən çoxsahəli müalicə-profilaktika müəssisəsidir.
MediClub-ın poliklinika şöbələrinə gündəlik 750 pasiyent müraciət edir.
İstiqamətlərin daim genişlənməsi və göstərilən yardımın multidissiplinarlığının artırılması pediatrik yardımın əlahiddə xidmətə ayrılmasına və 2019-cu ildə Bakıda ilk özəl ixtisaslaşmış uşaq poliklinikasının açılmasına gətirib çıxarmışdır.
Bu gün böyüklər üçün poliklinika şöbələrində, o cümlədən hospitalda ambulator qəbul da daxil olmaqla, tibb xidməti 50 mütəxəssis tərəfindən göstərilir. Müntəzam olaraq klinikada xarici nevroloq-epileptoloqlar müayinələr keçirilir: Ümumdünya Uşaq Nevroloqları Assosiasiyasının və Avropa Epilepsiya Assosiasiyasının (EUREPA) üzvü, professor Petruxin Andrey Sergeyeviç və Uşaq Nevrologiya və Epilepsiya Mərkəzinin (Moskva) rəhbəri, Avropa Epilepsiya Akademiyasının üzvü və eksperti, professor Muxin Konstantin Yuryeviç.
MediClub-da ambulator yardımın fəaliyyət istiqamətləri:
■ ilkin və təcili tibbi yardımın göstərilməsi;
■ əhaliyə vaxtında və ixtisaslaşmış ambulator, diaqnostik multidissiplinar yardımın göstərilməsi;
■ stasionar müalicəyə ehtiyacı olan şəxslərin planlı şəkildə hospitalizasiyası;
■ əmək qabiliyyətinin müvəqqəti itirilməsi ekspertizası;
■ tibbi reabilitasiya;
■ dispanser müşahidə;
■ təşkilatı-metodiki iş;
■ sanitar-gigiyenik iş;
■ peyvəndlə profilaktika;
■ sosial-psixoloji yardım;
■ qeydiyyat-hesabat işi.