MediClub Dental - 2005-ci ildən MediClub şirkətinin tərkibində ayrıca stomatoloji poliklinikadır.
Ən müasir texniki vasitələrlə təchiz edilmiş klinika göstərilən xidmətin yüksək keyfiyyətinə zəmanət verir və, əməliyyatxanada da daxil olmaqla, yeni nəsil Siemens stomatoloji qurğuları ilə təchiz olunmuş 5 kabinetdən ibarətdir.
Klinikada bütün əsas stomatoloji sahələr üzrə çoxillik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir, müalicə beynəlxalq standartlara uyğun yüksək səviyyədə həyata keçirilir.
Dünyanın aparıcı istehsalçılarının ən səmərəli texnologiyaları və materiallarından istifadə sahəsində, dişlərin müalicəsi (kariyes müalicəsindən tutmuş ən mürəkkəb əməliyyatlara qədər) artıq ağrılı prosedura deyil. Eyni zamanda xəstəni ən kiçik narahatlıqdan azad edən son nəsil ən yaxşı hippoallergik anestetiklərdən, sedasiya və ümumi narkoz preparatlarından istifadə olunur.
Ağız boşluğu xəstəliklərinin effektiv müalicəsi və onların profilaktikasında diaqnostika əsas vəzifələrdən biridir.
MediClub Dental-da aparılan aparat diaqnostikasına daxildir:
■ vizioqrafiya - dişlərin rentgenoqrafiyası;
■ panoram ortopantomoqramma – üst və alt çənə dişlərinin, çənə sümüyünün, üst çənə oynağının və burun boşluqlarının panoram təsvirini əldə etmək imkanı verən müayinə;
■ 3D dental kompüter tomoqrafiyası - yüksək dəqiqliyə malik rəqəmsal diaqnostika üsuludur ki, onun sahəsində diş-çənə sisteminin və burunun əlavə ciblərinin üçölçülü görüntüsünü əldə etmək mümkündür. 3D KT-nın köməyi ilə sümüklərdə, dişlərdə və yumşaq toxumalarda adi 2D rentgenoqrafiyalarda görünməyən dəyişikliklər təyin olunurlar. Müayinə zamanı radiasiya yükü minimal olduğundan, dişlərin kompüter tomoqrafiyasının aparılmasına mütləq əks göstərişlər yoxdur.
Stomatoloji klinika MediClub Dental öz pasiyentlərinə aşağıdakı planlı və təcili stomatoloji yardımı göstərir:
1. Profilaktika - dişlərin peşəkar təmizlənməsi, diş daşının təmizlənməsi, Air Flow təmizləmə, uşaqlarda fissuraların hermetklə örtülməsi.
2. Terapevtik stomatologiya (dişlərin müalicəsi) - kariyesin, kəskin diş ağrısının, pulpitin, periodontitin, kanalların, mürəkkəb dişlərin (kökləri əyilmiş, spiralvari kanalların təmizlənməsi) müalicəsi, dişlərin plomblanması.
3. Cərrahi stomatologiya - dişlərin, ağıl dişlərinin çəkilməsi, yenitörəmələrin, diş sistlərinin (sistektomiya) xaric edilməsi, yumşaq toxumaların plastikası (üst və alt dodaq frenulumunun plastikası, dil frenulumunun plastikası, diş əti resessiyasının plastikası), diş yuvasının reviziyası ilə alveolitlərin müalicəsi, üz-çənə abseslərinin açılması, dişqoruyucu əməliyyatlar (diş kökünün amputasiyası, dişin hemiseksiyası, diş kökünün yuxarı ucunun rezeksiyası, kök kanallarının retroqrad plomblanması).
4. Ortopedik stomatologiya - sabit protezlər (diş qapaqlarının qoyulması), çıxan protezlər (byügel protezləri, plastinkalı protezlər, örtük protezlər), implantlar üzərində protezləmə.
5. Ortodontiya (dişləmin korreksiyası) – breketlərin, linqval breketlərin, vestibulyar çoxilməli breketlərin, kappaların qoyulması, ortodontiyada 3D texnologiyaları (OrthoCad), ortodontik mikroimplantllar.
6. Uşaq stomatologiyası - süd dişlərinin müalicəsi, fissuraların hermetizasiyası, uşaqlarda dişlərin təmizlənməsi, kariyesin, pulpitin müalicəsi, dişin plomblanması, dişlərin çəkilməsi, breketlərin quraşdırılması, dişlərin anesteziya və sedasiya altında müalicəsi.
7. Diş implantasiyası – bir mərhələli, iki mərhələli diş implantasiyası, bazal diş implantasiyası, sümük plastikası və s.;
8. Estetik stomatologiya – dişlərin ağardılması, vinirlərin qoyulması, dişlərin bərpası.
9. Ağrısız müalicə - böyüklərdə və uşaqlarda dişlərin anesteziya və sedasiya altında müalicəsi.
MediClub Dental klinikasında CEREC 3D CAD/CAM (ingilis dilində Chairside Economical Restorations of Esthetic Ceramic – “sərfəli və estetik keramik bərpa üçün cihaz”) kompleks kompüter sistemi ilə dişlərin keramik bərpası həyata keçirilir.
CEREC texnologiyası anatomik dəqiq vinirlərin, bərpaedici içliklərin, diş qapaqlarının və stomotoloji keramikadan kiçik körpü şəkilli protezlərin hazırlanması və qoyulması üçün istifadə olunur. Bu metodun əsas üstünlüyü diş həkimini bir dəfə ziyarət etməklə estetik bərpa imkanından ibarətdir. Bundan əlavə, digər stomatoloji üsullardan fərqli olaraq, ölçü götürməyə ehtiyac yoxdur, müvəqqəti qapaqlar və yaxud plombalar tələb olunmurlar.
Dişin bərpası üçün heç bir əks göstərişi olmayan yüksək dayanıqlı keyfiyyətli hipoallergik material olan farfordan istifadə olunur və geniş çeşidli çalarlar maksimum estetik effekt əldə etməyə imkan verır.
Klinikada dezinfeksiya və sterilizasiyanın bütün mərhələ və prosesləri avtomatik idarə olunaraq alətlərin sterilizasiyasına xüsusi diqqət yetirilir və stomatoloji alətlərin çirklənməsi ehtimalı istisna edilir.
Klinikamızda peşəkarlar komandası fəaliyyət göstərir: xaricdə təcrübə keçmiş, beynəlxalq sertifikatlı terapevtik, cərrahiyyə, ortodontik stomatologiya üzrə həkim-stomatoloqlar.
Eyni zamanda əcnəbi mütəxəssislərin dəvət olunması da geniş şəkildə tətbiq olunur.
MediClub Dental stomatoloji poliklinikasında xəstələrin qəbulu bazar ertəsi-şənbə günləri saat 09:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 16:00-dək aparılır.