MediClubGeorgia

MediClubGeorgia
 

Website: MediClubGeorgia

1999-cu ilin aprelində əsası qoyulan MediClubGeorgia (MCG) səhiyyə yardımının bütün aspektlərinin davamlı təkmilləşdirilməsinə köklənib və yüksək keyfiyyətli ümumi praktika, 24 saatlıq təcili tibbi yardım xidməti, müxtəlif müştərilərə peşə sağlamlığı və məsləhətlər təklif edir.

MCG-nin intellektual və texniki resursları, habelə onun obyektləri, avadanlıqları və personalı müvafiq lisenziyalara malikdir və akkreditasiyadan keçib. İlk növbədə MCG Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Nazirliyi tərəfindən müəyyən edilmiş bütün tibbi və hüquqi qaydalara cavab verir.

Hazırda MCG Gürcüstanda yeganə JCI (Joint Commission International) tərəfindən akkreditə olunmuş səhiyyə və tibbi xidmət təminatçısıdır.

MediClubGeorgia
MediClubGeorgia

MediClubGeorgia tibb mərkəzi dünya miqyasında oxşar akkreditasiyaya malik 600 xəstəxanadan biridir və Gürcüstanda xəstəxana xidmətlərinin keyfiyyəti və xəstələrin təhlükəsizliyi üzrə JCI akkreditasiyasını almaq üçün lazım olan beynəlxalq standartlara cavab verən ilk və yeganə klinikadır.

JCI-nin akkreditasiyası səhiyyənin keyfiyyətini nümayiş etdirməyin ən yaxşı yolu hesab olunur və qlobal sağlamlıq standartı kimi tanınır. Bu gün dünyada 1096 müxtəlif səhiyyə müəssisəsi ABŞ-da ən geniş tanınan və ən böyük akkreditasiya təşkilatı Joint Commission-nun törəmə və beynəlxalq filialı olan JCI tərəfindən akkreditasiyadan keçib.

JCI Auditorlar Qrupu MediClubGeorgia tibb mərkəzinin tam spektrini stasionar, ambulator və təcili yardım kimi xəstəxana xidmətləri üçün müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirir.

MediClubGeorgia
MediClubGeorgia

Qiymətləndirmə xidmətlərin bütün aspektlərini əhatə edir: xəstənin təhlükəsizliyi, sağlamlığın qiymətləndirilməsi və müalicə protokolları; dərmanların idarəedilməsi; infeksiyaların qarşısının alınması və nəzarəti; cərrahi və anesteziya xidmətləri; laboratoriya və instrumental diaqnostika xidmətləri; tibb bacısı xidməti; səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına fokuslanma; xəstənin və onun ailəsinin hüquqlarının müdafiəsi; düzgün tibbi sənədləşmə və sağlamlıq məlumat sistemləri; kadrların ixtisası və təhsili; obyektin infrastrukturunun inkişafı və təhlükəsiz istismarı; effektiv klinik idarəetmə; və MCG Tədris Mərkəzinin (MCG Learning Resource Center) fəaliyyəti.

İnkişafa bu cür yanaşma və tibbi xidmətin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılması öhdəliyimiz bizə milli və beynəlxalq bazarlarda rəqabət qabiliyyətini qoruyub saxlamağa kömək edir.

MediClubGeorgia Transqafqaz regionunda 2004-cü ildə İSO sertifikatını alan və son 17 il ərzində onu qoruyan ilk tibb şirkətidir.

MediClubGeorgia
MediClubGeorgia

MediClubGeorgia öz işçiləri və şirkətin əməliyyatlarında iştirak edən bütün şəxslər üçün təhlükəsiz və sağlam mühiti təmin etmək məqsədilə OHSAS 18001: 1999 və digər beynəlxalq standartları rəhbər tutur. Yarandığı gündən MediClubGeorgia yüksək keyfiyyətli tibbi xidmətlər göstərmək üçün tərəfdaşları ilə uzunmüddətli əlaqələr saxlayır.

MediClubGeorgia 1999-cu ildən Ümumdünya Fəlakətlər və Təcili Tibbi Yardım Assosiasiyasının (WADEM), 2001-ci ildən isə Avropa Səyahət Tibb Assosiasiyasının üzvüdür. MCG Learning Recourse Center (MCG LRC) 2004-cü ildə yaradılmışdır; 2005-ci ildə MCG Medic First Aid ilə müqavilə imzalayaraq MCG LRC Qızıl Təlim Mərkəzi olmuşdur. 2006-cı ildən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin üzvüdür.

MediClubGeorgia
MediClubGeorgia

2007-ci ildə biz Amerika Ürək Assosiasiyasının (AHA) təlim mərkəzi və AIHA-nın (Amerika Beynəlxalq Sağlamlıq Alyansı) tərəfdaşı olmuşuq. 2008-ci ildə biz Moses Taylor Xəstəxanasının (Scranton, PA, ABŞ) tərəfdaşı olmuşuq; Scranton Universitetinin (Scranton, PA, ABŞ), Capita Health Solutions (Aberdin, Böyük Britaniya) və digər qərb və Amerika assosiasiya və institutlarının tərəfdaşıyıq.

2011-ci ildə MCG Avropa Biznes Assambleyası tərəfindən Avropa Keyfiyyət Mükafatına Gürcüstandan yeganə namizəd olmuşdur. 2012-ci ildən bəri MCG Hospitalizasiyadan əvvəlki mərhələdə Royal Surgical Collegiate Kursunun səlahiyyətli provayderi kimi intensiv terapiyaya cəlb edilmişdir. 2012-ci ilin avqustunda MCG Amerika Xəstəxanalar Assosiasiyasının (AHA) üzvü olub. AHA 1898-ci ildə yaradılıb və hələ də səhiyyənin keyfiyyətinin idarə edilməsi sahəsində ən nüfuzlu təşkilatlardan biridir.

MediClubGeorgia
MediClubGeorgia

Klinikada biz daim həkimlər və onların həmkarları arasında peşəkar əməkdaşlığı yeniləməyə yönəlmiş tədbirlər keçiririk, məs. konqreslər, konfranslar, maarifləndirici mühazirələr oxuyan, canlı cərrahiyyə və s. icra edən əcnəbi mütəxəssislərin dəvəti.

2014-cü ildən MCG Dəniz Nəqliyyatı Agentliyinin akkreditə olunmuş tibbi təchizatçısıdır və dənizçilər üçün işə qəbuldan əvvəl tibbi müayinə, sağlamlığın müayinəsi, tibbi halların idarə edilməsi, tibbi evakuasiya və s. təmin edir.

MediClubGeorgia
MediClubGeorgia

2016-cı ildən MediClubGeorgia Olympus ilə əməkdaşlıq edir və biz laparoskopik cərrahiyyə üzrə beynəlxalq təlim mərkəziyik.

MCG ilk dəfə 2017-ci ildə Joint Commission International tərəfindən akkreditasiya olunub və 2020-ci ildə uğurla təkrar akkreditasiyadan keçib. MCG Gürcüstanda dar ixtisas mütəxəssisləri və digər yardımedici heyət də daxil olmaqla bütün işçiləri əhatə edən hər bir iddia üçün ümumilikdə 5 milyon ABŞ dolları məbləğində malpraktis sığortasını həyata keçirən yeganə səhiyyə və tibbi xidmət təminatçısıdır. Bu sığorta polisi əvvəlki iyirmi il ərzində qüvvədə olub, hər il yenilənir və yarandığı gündən indiyədək heç bir iddia olmamışdır.

MCG analoji irimiqyaslı layihələrə dəstək göstərməkdə böyük tibbi təcrübəyə malikdir.

MCG BP və neft-qaz sənayesində çalışan beynəlxalq şirkətlər üçün tibbi xidmətlər göstərməkdə 21 illik təcrübəyə malikdir. Bu müddət ərzində MCG Gürcüstan ərazisində bütün neft-qaz tikinti və istismar layihələrində iştirak etmişdir. Bundan başqa, MCG sərhəd monitorinq əməliyyatları zamanı ATƏT və EUMM-ə tibbi dəstək göstərən ilk şirkət olub. ATƏT üçün MCG Gürcüstanın müxtəlif ucqar ərazilərində doqquz klinikaı yaratmış, təchiz etmiş və müntəzəm olaraq texniki xidmət göstərmişdir. MCG Gürcüstan ərazisində ikincili regional xəstəxanalarla da yaxşı əməkdaşlıq qurub.

MediClubGeorgia
MediClubGeorgia

MCG tibb personalı müvafiq olaraq təlimlərdən keçmiş, bacarıqlı və təcrübəlidir. MCG-nin işçi heyəti əsas Standartlar, Təlimatlar və Tələblərlə tanışdır və bu sahədə təcrübəlidir. MCG-ın AHA ilə əlaqəli Təlim Mərkəzi saytların tibb işçilərinin BLS, ACLS və ATLS sahəsində ən yeni təlimatlarla məlumatlandırmağına zəmanət verir.

MCG Peşə Sağlamlığı xidmətləri göstərir və beş OGUK sertifikatlı həkimə malikdir.

MCG tibbi evakuasiyalarda qüsursuz bir rekorda malikdir və son 5 ildə 150-dən çox evakuasiya həyata keçirmişdir, bütün hallar şirkət prosedurası və siyasətinə uyğun və onlara riayət olunmaqla icra edilib, həmçinin fövqəladə hallar zamanı eyni vaxtda çoxsaylı evakuasiyalarda da.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Gürcüstandakı Missiyası – ATƏT

Tbilisidə yerləşən işçi heyəti üçün tibbi xidmətlərin göstərilməsi və o cümlədən Gürcüstanın müxtəlif ucqar ərazilərində 9 sahə klinikalarının yaradılması və onların avadanlıqlarla təchiz edilməsi də daxil olmaqla sərhəd monitorinqi əməliyyatları üçün uzaq ərazilərdə tibbi dəstək. Ehtiyatların tədarükü və saxlanması və məsafədə yerləşən sahələrin 24/7 tibbi dəstəyi üçün sahə həkimləri ilə təmin edilməsi; ölkədaxili helikopterlə tibbi evakuasiyalar; bütün işçilər üçün ilk yardım təliminin təmin edilməsi.