Funksional diaqnostika metodları orqanizmin müxtəlif orqanlarınn və fizioloji sistemlərinin vəziyyətinin obyektiv dəyərləndirilməsini nəzərdə tuturlar.
Funksional diaqnostika müayinələrinin nəticəsi somatik patologiyaların aşkar olunmasına yönəlmiş tədqiqatların nəticələrini tamamlayır.
MediClub klinikalarında funksional diaqnostika bölməsi aşağıda qeyd olunan müayinələrin aparılmasına imkan yaradan müasir avadanlıqlarla təchiz edilib.
■ Elektrokardioqrafiya (EKQ);
■ Tredmil-test;
■ Holter monitorinqi;
■ Exo-kardioqrafiya (Exo-KQ);
■ Elektroensefaloqrafiya (EEQ);
■ Elektroneyromioqrafiya (ENMQ);
■ Spirometriya;
■ Аudiometriya;
■ Onurğa sütünunun 3D skan müayinəsi
Elektrokardioqrafiya (EKQ)
Elektrokardioqrafiya (EKQ) – ürəyin fəaliyyəti nəticəsində yaranan elektrik impulsların qeydiyyatını aparan funksional diaqnostika metodudur. Bu sadə və informativ müayinənin köməyi ilə ürək ritmi , urək vurğularının gücü və tezliyi təsbit edilir, həmçinin, ürək əzələsinin qan ilə təmin olunması dəyərləndirilir.
Elektrokardioqrammada təsbit olunan dəyişikliklərdən asılı olaraq növbəti patoloji halların diaqnozu qoyulur: aritmiya, miokard infarktı, işemik dəyişikliklər, mədəciklərin hipertrofiyası və s.
MediClub klinikalar şəbəkəsində EKQ istirahət halında, məşq EKQ (fiziki aktivlik zamanı), 24 saat ərzində müşahidə (Holter monitorinqi) müayinələri keçirilir.
Tredmil-test
Tredmil-test - qaçış cihazı-tredmil üzərində hissəvi fiziki yüklənməyə məruz qaldıqda EKQ-nın çəkilmisini ehtiva edən müayinə metodudur. Müayinənin məqsədi elektrokardioqrammanın (EKQ) dinamik dəyişikliklərinin və arterial təzyiqin (AT) qeydiyyatını aparıb, həmçinin, tredmil üzərində yürüyərkən fiziki aktivliyə davamlılıq dərəcəsini qiymətləndirməkdir.
Ürək xəstəliklərindən əziyyət çəkən şəxslər arasında tredmil-test ürək qan dövranının çatmazlığının (işemiyanı) təsbiti, ritm pozuntularının identifikasiyası, müalicənin dinamik nəzarəti və s. üçün keçirilir.
Bu müayinə metoduna əks göstərişlər müayinə zamanı müalicə həkimi tərəfindən təyin edilir.
Tredmil-test MediClub Poliklinikada keçirilir.
Holter monitorinqi
Holter monitorinqi – 24 saat və ya daha uzun müddət ərzində xüsusi portativ kardioqeydiyyatçı vasitəsilə fasiləsiz EKQ yazılmasını təmin edən funksional diaqnostika üsuludur. Ürək fəaliyyətinin uzun müddət ərzində dəyərləndirilməsi tələb olunan hallarda istifadə edilir: aritmiyaların və işemiyaların diaqnostikası, tətbiq olunmuş kardiostimulyatorun işinə nəzarət, aparılan müalicənin nəticələrinə nəzarət.
Exo-kardioqrafiya (Exo-KQ)
Exo-kardioqrafiya (Exo-KQ) – kardiologiyada geniş tətbiq edilən ultrasəs diaqnostikası metodudur. Ultrasəs dalğaları vasitəsilə ürəkdə və klapan aparatında həm funksional, həm də morfoloji dəyişikliklər təyin edilə bilər. Exo-KQ ürək qüsurları, koronar damarların sklerotik dəyişiklikləri, aortanın anevrizması, ürəkdaxili tromb, ürək çəmbərlərin genişlənməsi və digər diaqnozları qoymaq üçün istifadə edilir.
MediClub klinikalar şəbəkəsində Exo-KQ ekspert sinifinə aid olan GE Voluson E10 və GE Voluson E8 ultrasəs aparatları vasitəsilə MediClub Poliklinika və MediClub Hospitalda keçirilir. Həmçinin, EXO-KQ-nin ev şəratində də, səyyar US aparatı vasitəsilə aparılması mümkündür.
Elektroensefaloqrafiya (EEQ)
Elektroensefaloqrafiya (EEQ) –yüksək həssaslığa malik, baş beyinə elektrik impulsların təsiri vasitəsilə beyin funksiyalarının tədqiqatını ehtiva edən funksional diaqnostika metodudur.
EEQ əvvəlcədən hazırlıq tələb etmir, metod tamamilə təhlükəsiz və ağrısızdır.
EEQ nevroloqlar tərəfindən növbəti dəyişikliklərin təsbit olunması məqsədi ilə təyin edilir: epilepsiyanın erkən əlamətləri, baş beyində iltihab proseslərinin və qan dövranının pozulmasının əlamətləri, şiş prosesinin təsbiti, insultun nəticələri və s. Pediatrik praktikada EEQ baş beyinin inkişaf dərəcəsini dəyərləndirmək üçün tətbiq edilir.
EEQ-nın müxtəlif növləri var: adi EEQ (10-15 dəqiqə ərzində aparılır), provokasiya sınaqlar ilə keçirilən EEQ, 24 saat ərzində EEQ monitorinqi, gecə EEQ monitorinqi. Müayinənin keçirilməsi zəruriyyəti hər bir ayrı halda həkim tərəfindən təyin edilir.
Ensefaloqrafiya MediClub Poliklinikada, MediClub KİDS, MediClub Hospitalda təcrübəli nevroloqlar tərəfindən müasir 21 və 32 kanallı EEQ aparatlarında aparılır. Bizim klinikada ən kiçik pasiyentlərimiz üçün belə EEQ müayinəsinin aparılması mümkündür. Əlavə olaraq, EEQ müayinəsinin ev şəraitində aparılması üçün də imkanlar vardır.
Elektroneyromioqrafiya (ENMQ)
Elektroneyromioqrafiya (ENMQ) - əzələlərin və periferik sinirlərin bioelektrik aktivliyinin qeydiyyata alınmasına əsaslanan funksional diaqnostika metodudur. ENMQ elektrik impulsların periferik sinirlər ilə ötürülməsini, əzələlərin elektrik aktivliyini və sinir-əzələ ötürücülüyünü təsbit edir.
ENMQ növbəti xəstəliklər halında keçirilir: irsi miopatiyalar və ya əzələ distrofiyaları, miotoniyalar, polimiozit, periodik iflic, miasteniya və miastenik sindrom, iltihab və metabolik mənşəli poliradikulopatiyalar, fəqərəarası disk yırtığı, periferik sinirlərin xroniki kompression zədələnmələri, birləşdirici toxumanın displaziyaları, medikamentoz terapiyaya cavab verməyən davamlı enurez (sidik qaçırma), oynaqlarda kontrakturalar və deformasiyalar, onurğa sütununun osteoxondrozu hallarında nevroloji əlamətlər, üz sinirinin nevriti və s.
MediClub Poliklinikada ENMQ kompüter elektroneyromioqrafıya vasitəsilə keçirilir və növbəti müayinələri daxil edir: səthi ENMQ; iynəli ENMQ; stimulyasiya ENMQ. Müayinə uşaqlar, yeniyetmələr və böyüklər arasında keçirilir.
Spirometriya
Spirometriya – ağciyərlərin ventilyasiya funksiyasını müayinə edən funksional diaqnostika metodur.
Müayinə ağciyərlərin və bronxların funksional vəziyyətini dəyərləndirmə imkanını yaradır: ağciyərlərin tutumu (insanın nəfəs alıb verəcək hava həcmi), nəfəs yollarının keçiriciliyi; həmçinin, obstruksiya (bronxların spazmı) və patoloji dəyişiklərin dərəcəsini təyin etmək mümkündür.
Spirometriyanın aparılması üçün göstərişlər: bronxial astma və xroniki obstruktiv bronxitin diaqnostikası, təngnəfəslik, uzun müddətli öskürək, zərərli istehsalatda iş, ağciyərlərin və bronxların patologiyasının müalicəsinin effektivliyinin dəyərləndirilməsi, dərman vasitələrinin ağciyərlərə təsiri. Nəfəs sisteminin xəstəliklərinin erkən mərhələdə müəyyən edilməsi, patologiyanın qısa müddət ərzində aradan qaldırılması və fəsadların inkişafına yol verilməməsi imkanını yaradır.
Spirometriya MediClub Poliklinikada aparılır.
Audiometriya
Audiometriya – eşitmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə aparılan və “eşitmə həddini”nin təyin olunması imkanını yaradan funksional diaqnostika metodudur.
Audiometriyanın keçirilməsi üçün əsas göstərişlər:
■ Eşitmə qavrayışının pisləşməsinə səbəb olan daxili və orta qulağın xəstəlikləri
■ Eşitmə qabiliyyətinin pisləşməsi ilə nəticələnən qulaq və baş travmaları
■ Qulaqların infeksion xəstəlikləri
■ Eşitmə qabığının zədələnməsi ilə əlaqəli baş beyin xəstəlikləri
■ Peşəkar ağıreşitmənin inkişaf etməsi şübhəsi
■ Naməlum mənşəli ağıreşitmə
MediClub Poliklinikada müxtəlif intensivlikdə (125-dən 8 000 Hz qədər) siqnallar emal edən audiometr vasitəsilə tonal audiometriya keçirilir. Müayinə səs izolyasiyası təmin olunan otaqda keçirilir. Qulaqcıqlar vasitəsi ilə pasiyentə müəyyən tonda siqnallar ötürülür. Bu metod səs siqnalı alındıqda qeyri-komfort vəziyyətin səviyyəsinin ölçülməsini hədəfləyir. Tədqiqatın nəticələri audioqrammada əks olunur.
Onurğa sütununun 3D skanı
Onurğa sütununun 3D skan müayinəsi – onurğa sütununun və dayaq-hərəkət aparatının vəziyyətinin orqanizmi şüalanmaya məruz etmədən dəyərləndirməsinə imkan yaradan funksional diaqnostika metodudur.
3D skaner insan bədəninin səthinin üç ölçülü modelini əks etdirərək, ən cuzi normadan kənar fərqi təsbit etmə imkanını yaradır.
Həkim onurğa sütunu, qamət, başın mövqeyi, ətrafların qısalması, kürək sümüklərinin, çiyinlərin assimetriyası, çanağın yerləşməsi barədə obyektiv məlumat əldə edir. Qamətdə baş verən dəyişikliklər, skolioz, kifoz, lordoz aşkar görsənir.
Metodun təhlükəsizliyi səbəbindən uşaqlar arasında dayaq-hərəkət aparatının müayinəsi üçün geniş olaraq istifadə edilir.
Onurğa sütünunun 3D skan müayinəsi MediClub KIDS klinikasında keçirilir.