Şüa diaqnostikası

Kompüter tomoqrafiyası

Kompüter tomoqrafiyası (KT) – daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

Kompüter tomoqrafiyası
 

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağ çiyərin, sümüklərin və qan damarlarının təfərruatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Bu əsasən ağ çiyər, qarın boşluğu, çanaq və sümükləri əhatə edən proseduralar üçün doğrudur. Kompüter tomoqrafiyası köməyi ilə təyin olunmuş diaqnoz, diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.

Bir çox növ onkoloji xəstəliklərin təyin edilməsi üçün kompüter tomoqrafiyası çoxu hallarda ən yaxşı diaqnostika metodudur, çünki görüntülər həkimə törəmənin mövcudluğunu təsdiq etmək və onun ölçüsünü və yerini təyin etmək imkanını verir.

Kompüter tomoqrafiyası
 

Yüksək sürəti və müayinənin aparılmasının nisbi sadəliyi sahəsində kompüter tomoqrafiyası hər saniyə vacib olan təcili yardımda möhkəm yerini tutub. Bu hallarda KT texnologiyası daxili zədələr və qanaxmaların aşkar edilməsi üçün istifadə olunur.

Kompüter tomoqrafiyasının keçirilməsi üçün göstərişlər ağ çiyərin, divarlıqarası orqanların, baş və onurğa beyinin, boyun və magistral damarların, BBQ-orqanların, onurğa sütununun, qara ciyərin, böyrəklərin, mədəaltı vəzin, kiçik çanaq orqanlarının və digər, ilkin müayinə üsulları ilə aşkarlanmadan sonra daha təfərruatlı müayinənin aparılmasını tələb edən, patologiyalarının mövcudluğudur.

Kompüter tomoqrafiyası
 

Hamiləliyin istənilən dövrü kompüter tomoqrafiyasının keçirilməsinə əks göstərişdir. Azyaşlı uşaqlara KT yalnız digər müayinə metodları tətbiq oluna bilmədiyi hallarda təyin edilir.

Nativ (kontrastsız) KT müayinəsi ilə yanaşı həmçinin kontrast istifadə etməklə KT müayinəsi keçirilir ki, bu müayinə damar yatağını dəqiq vizualizasiya etmək, patoloji daralmış və ya genişlənmiş sahələri aşkar etmək, damarların okkluziyası, yenitörəmə diaqnozu qiymaq, qarın boşluğu və çanağın boşluqlu və parenximatoz orqanlarının vəziyyətini dəyərləndirmək imkanı verir.

MediClub-da KT MediClub Hospitalda Toshiba Alexion (Yaponiya) aparatı vasitəsi ilə aparılır. Şüa diaqnostikası həkimi müayinənin tələb olunan həçmini və rasional metodologiyasını təyin edir. Görüntüləri kompüterin monitorunda izləmək, film üzərində çap etmək və ya elektron daşıyıcıya ötürmək olar. KT – sürətli, ağrısız, qeyri-invaziv və dəqiqdir.

Rentgenoqrafiya

Rentgenoqrafiya şüa diaqnostikası üsullarına aiddir. Müasir rəqəmsal rentgen cihazı görüntüdə ən xırda detalları belə görməyə və müayinə olunan orqanın xüsusiyyətlərini təyin etməyə imkan verir.

МediСlub klinikalarında aşağıdakı rentgen müayinələr aparılır:
■ İcmal rentgenoqrafiya (kəllə sümüyünün, döş qəfəsi, qarın boşluğu orqanlarının, ətrafların);
■ Yumşaq toxumaların rentgeni (əzələlər, vətərlər, bağlar);
■ Hədəfli rentgenoqrafiya (rentgen şüa axınını daraldan xüsusi başlıq vasitəsilə hədəfli çəkiliş aparılır. Əsasən stomatologiyada istifadə olunur);
■ Funksional sınaqlar ilə onurğa sütununun rentgenoqrafiyası (standard rentgenoqrafiyada iki çəkiliş icra edilir: düz və yan proyeksiyalarda. Funksional sınaqlar onurğa sütununun vəziyyətinin dəyişdirilməsini nəzərdə tutur (əyilmələrini). Fəqərələrin və bütövlükdə onurğa sütununun vəziyyətinin dəyişməsindən asılı olaraq bir sıra xəstəliklərin daha dəqiq diaqnozunu qoymaq olar, o cümlədən osteoxondroz, fəqərəarası yırtıqlar.
■ Panoram rentgenoqrafiya (bir görüntüdə müayinə olunan orqanın tam şəklini əldə etmək imkanı verir). Əksər hallarda bü üsul stomatologiyada istifadə olunur.
■ HSQ (histerosalpinqoqrafiya) – uşaqlıq boşluğunun və uşaqlıq borularının rentgen müayinəsi.

Rentgenoqrafiya
 

MediClub Poliklinikada SHİMADZU (Yaponiya) MediClub Hospitalda isə AGFA DR 100e (ABŞ) müasir rəqəmsal rentgen aparatları qurulub.

Onlar yüksək rezolyusiyada yüksək aydınlıqlı görüntüləri əldə etmək imkanı verirlər. Bütün görüntülər rəqəmsal formada kompüter məlumatlar bazasında saxlanılır. Tələb olunduqda görüntü çap edilə bilər.

MediClub-ın şüa diaqnostika bölməsinin sərəncamında həmçinin daşınması mümkün olmayan və fiziki imkanları məhdud olan şəxslərin ev şəraitində rentgen müayinələrinin aparılması üçün təcili və təxirəsalınmaz yardım həkimləri tərəfindən istifadə olunan 2 portativ (səyyar) rentgen cihazı da vardır.

Həm MediClub Poliklinikada, həm də MediClub Hospitalda yazılı nəticənin əldə olunması ilə KT və rentgen müayinələrin keçirilməsi həftənin 7 günü gecə-gündüz mümkündür.