
МediСlub Hospital-ı 7/24 rejimində həm terapevtik, həm də cərrahi profilli geniş spektr xəstəliklərin diaqnostikası və stasionar müalicəsini təmin edir.

Bu uşaq, böyük və cərrahiyyə şöbələri, həmçinin uşaqlar və böyüklər üçün reanimasiya və intensiv terapiya palataları olan, çoxsahəli xəstəxanadır.

Cərrahiyyə blokuna KARL STORZ şirkətinin avadanlıqlarında endoskopik və laparoskopik əməliyyatların icra edilməsi imkanı olan 2 əməliyyatxana daxildir.
Hospitalın bütün 28 palatası, mərkəzləşdirilmiş oksigen vermə və monitorinq sistemləri ilə, bir nəfərlik palatalardır.

Digər xəstələr üçün risk yaratmadan, yoluxucu xəstələri müalicə etmək üçün mənfi təzyiq sistemləri ilə təchiz edilmiş 4 palatanın şəhərdə yalnız klinikamızda olduğunu da qeyd etmək lazımdır.
Hospitalda stasionar yardımla yanaşı, həm təcili, həm də planlı xəstələr üçün ambulator qəbul həyata keçirilir.

МediСlub Hospital-ın mütəxəssislərinin istifadəsində müasir avadanlıqlar və USM, endoskopik müayinə üsulları (qastro-və kolonoskopiya, bronxoskopiya, sistouretroskopiya, histeroskopiya), EEQ, rentgen və tomoqrafiya müayinələri aparmaq imkanı vardır.


Hospitalın laboratoriyası bioloji materialların qəbulunu və tətqiqatını gecə-gündüz aparır.

Xəstəxananın xüsusi aparatlarla təchiz olunması (ağciyərlərin süni tənəffüs aparatları, plazmaferez, hemodializ, EKMO (süni qan dövranı aparatı)), bütün yaş qruplarına aid ən ağır qrup xəstələrin, o cümlədən uşaqların, uğurlu intensiv terapiya və reanimasiya tədbirlərini həyata keçirməyə imkan verir.
COVID-19 pandemiyasının dövrü zamanı МediСlub Hospital-ın stasionarı bu qəbildən olan xəstələri yerləşdirən və müalicə edən yeganə özəl müəssisədir.
Stasionar çarpayılarınnın tərkibində həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti qalmaq – gündüz stasionar çarpayıları vardır; ən ağır xəstələr üçün təcili və təxirəsalınmaz yardım göstərilməsi üçün blok (Emergency).
Hospitaldan yazılandan sonra xəstəyə nəzarət və evdə sonrakı poststasionar müalicəyə dair tövsiyələrlə xəstənin məlumatları MediClub Poliklinika-ya və MediClub KIDS-ə ötürülür.
Stasionarın bazasında Halokamera fəaliyyət göstərir.
