
Pediatrik yardım - 18 yaş və ondan kiçik uşaqlara göstərilən tibbi-profilaktik yardımdır.

MediClub-ın tibbi pediatrik yardımının təşkili onun aşağıdakı hallarda göstərilməsini nəzərdə tutur:
■ tibb müəssisəsindən kənarda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən;
■ ambulator şəraitdə - MediClub KIDS poliklinikasında və tibb işçisinin çağırılması zamanı evdə;
■ gecə-gündüz tibbi nəzarət tələb olunmayan hallarda MediClub KIDS uşaq poliklinikasının və MediClub Hospital-ın gündüz stasionarlarında;
■ stasionar şəraitdə - gecə-gündüz tibbi nəzarəti və müalicəni təmin edən şəraitdə.

MediClub-da pediatrik yardım ambulator, ixtisaslaşmış, stasionar və təcili tibbi pediatrik yardımın tam həcmində təqdim olunub.