MediClub Gəncə Klinikası

MediClub Gəncə klinikası
 

MediClub Gəncə klinikası 1904-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ilk səhiyyə naziri Xudadat bəy Rəfibəyli tərəfindən yaradılmış, tarixən Gəncənin ilk tibbi ambulatoriyasının yerləşdiyi binada yerləşir.
Bina 1999-cu ildə Вritish Рetroleum (BP) neft şirkəti və MediClub tərəfindən birlikdə bərpa edilmişdir və istismara verilmişdir.

MediClub Gəncə klinikası
 

Klinika ISO 9001:2015 keyfiyyət standartları və UKAS tövsiyyələrinə əsaslanan ISO 45001:2018 təhlükəsizlik standartları üzrə sertifikatlaşdırılıb.

MediClub Gəncə Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft və qaz kəmərləri üçün dayaq klinikasıdır, BP, yerli əhali və A-group şirkəti tərəfindən sığortalanan şəxslərə 24/7 tibbi xidmətlər göstərir.

Klinika ürək-ağciyər reanimasiyasının həm ambulansın salonunda, həm də çöl şəraitində yerinə yetirməsi üçün müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş ambulans-reanimobil ilə təchiz olunub.

Həkimlər və orta tibb işçiləri müntəzəm olaraq Amerika Ürək Assosiasiyası (American Heart Association - АНА) və Təcili Tibbi Yardım Texnikləri Milli Assosasiyasının (National Association of Emergency Medical Technicians – NAEMT) protokollarına uyğun tibbi yardım göstərmək təlimlərindən keçirlər və müvafiq beynəlxalq sertifikatları vardır.

Təcili tibbi yardım avtomobillərinin sürücüləri Advanced First Aiders proqramı üzrə ilk tibbi yardım göstərmək bacarıqlarına yiyələniblər. Klinikada olan portativ rentgen və USM cihazları istər klinkada, istərsə də evdə tibbi xidmət göstərməyə imkan verir.

MediClub Gəncə klinikasının RIQAS (Randox International Quality Assessment Scheme) proqramı üzrə sertifikasiya olunmuş təchizatı tədqiqatların dəqiqliyini təmin edir.

MediClub Gəncə klinikası
 

Klinikanın bazasında müntəzəm olaraq müəssisə əməkdaşlarının və xaricə gedənlərin profilaktik tibbi müayinələri aparılır (“Sənaye təbabəti”) bölməsi.

Terapevt, pediatr, ginekoloq, funksional diaqnostika həkimi gündəlik qəbullar həyata keçirirlər. Zərurət yarandığı halda, günün istənilən vaxtı, bütün profillər üzrə konsultantlar dəvət oluna bilər.

Klinikanın bazasında xəstələrin gündüz stasionarında müvəqqəti qalması üçün 2 palata fəaliyyət göstərir.

MediClub Gəncə klinikası
 

MediClub Gəncə klinikasında xəstələrin qəbulu bazar ertəsi-şənbə günləri saat 08:00-dan 18:00-dək aparılır.

Ünvan və Əlaqə

MediClub Gəncə Klinikası

(022) 268 87 44 (050) 223 04 51Mİrzə Abbas Abbaszadə 73, Gəncə, AZ2000 Xəritədə göstərmək