Endoskopiya – instrumental diaqnostikanın müasir, dolğun məlumat təmin edən, endoskop vasitəsi ilə insan orqanizminin boşluqlarının dəqiq, yüksək keyfiyyətli və çoxsaylı böyüdülməsi mümkün olan şəkillərin əldə etmə imkanını yaradan müayinə metodudur.
Metod daxili boşluq və boru orqanların vəziyyətini vizual olaraq dəyərləndirmək, iltihab mənbələrini, qanaxmaları, eroziyaları, həmçinin, onkoloji xəstəlikləri erkən mərhələdə təyin etmək imkanlarını yaradır. Endoskopun xüsusi başlıqları vasitəsi ilə yad cisimlər hasil edilir, biopsiya (şübhəli sahələrdən biomaterialın götürülməsi) icra olunur, poliplər çıxarılır və s.
MediClub klinikasında endoskopiya müayinələrinin bu növləri keçirilir:
■ Artroskopiya – oynaqların müayinə metodu;
■ Bronxoskopiya – tənəffüs yollarının müayinə metodu;
■ Qastroskopiya – mədə-bağırsaq traktının yuxarı hissəsinin müayinə metodu;
■ Histeroskopiya – uşaqlıq boşluğunun müayinə metodu;
■ Kolonoskopiya – yoğun bağırsağın müayinə metodu;
■ Rektoromanoskopiya – düz bağırsağın və siqmoid bağırsağın distal hissəsinin müayinə metodu;
■ Sistoureteroskopiya – sidik-ifrazat sisteminin müayinə metodu;
■ QBB orqanlarının endoskopiyası.
Artroskopiya
Artroskopiya – oynaq zədələrinin müayinəsini və cərrahi müalicəsini ehtiva edən minimal invaziv endoskopik müayinə metodudur.
Metodun mahiyyəti ondan ibarətdir ki, artroskop 2 kiçik kəsiyin arasından oynağın içinə salınır, beləliklə oynağın daxilinin görüntüsü alınır və istənilən zədənin mövcudluğunu təyin etmək mümkün olur.
Artroskopiya vasitəsi ilə oynağ qığırdağının, bağların, sinovium, vətərlərin, labrumun vəziyyətini dəyərləndirmək mümkündür; oynaqdaxili bitişmələr, çapıq dəyişiklikləri, ekzostozlar, həmçinin, qan yığıntısı (hemartroz) və ya oynaq ekssudatı təsbit oluna bilir.
Artroskopiya zamanı diz travmalarının artroskopik müalicəsi mümkündür. Bu metod vasitəsilə meniskın zədələnmiş hissəsini xasil etmək, bağları və qığırdağı bərpa etmək və bir sıra başqa mürəkkəb cərrahi müdaxilələri icra etmək olar.
Bronxoskopiya
Bronxoskopiya yuxarı və aşağı (nəfəs borusu və bronxlar) tənəffüs yollarının bronxoskop vasitəsi ilə müayinəsidir. Bronxoskopiya bronxların selikli qişasının müayinə edilməsi, ağ ciyər və bronxlarda patoloji dəyişiklərin təyin edilməsi, onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostika edilməsi, yad cismi nəfəs borusundan və bronxlardan xaric edilməsi, biopsiyanın icra olunması imkanını yaradır. Bronxoskopiya həmçinin ağ ciyərin xroniki və irinli xəstəliklərin müalicəsinin ən önəmli və effektiv metodlarından biridir.
Qastroskopiya
Qastroskopiya (EQDS, FQDS, ezofaqoqastroduodenoskopiya) – qastroskop vasitəsilə mədə-bağırsaq traktının yuxarı hissələrinin müayinəsidir. Qastroskopiya zamanı gida borusunun , mədənin və 12-barmaq bağırsağının selikli qişalarının müayinəsi keçirilir.
Növbəti xəstəliklərin əvəzolunmaz diaqnostika metodudur: ezofaqit, qastrit, duodenit, mədənin və 12-barmaq bağırsağın xora xəstəliyi, qastroezofageal reflyuks xəstəliyi (QERX), duodenoqastral reflyuks, qida borusunun, mədənin və 12-barmaq bağırsağın erkən mərhələlərdə onkoloji xəstəlikləri, mədə-bağırsaq qanaxmaları. Endoskopiya zamanı selikli qişada şübhəli sahələr təyin edildikdə, toxumanın təfərruatlı müayinəsi üçün bioloji materialın götürülməsi (biopsiya) mümkündür. Həmçinin, müasir endoskop vasitəsi ilə poliplərin xaric olunması və mədə-bağırsaq traktının yuxarı hissələrinin selikli qişasının eroziyalarının müalicəsi mümkündür.
Standart qastroskopiya bir qayda olaraq Helycobacter pilory testinin aparılmasını daxil edir – ureaz test. Helicobacter pylori mədənin pilorik hissəsinin və onikibarmaq bağırsağın selikli qişasını zədələyən spiralşəkilli bakteriyadır.
H.pylori ştammları (növləri) biri birindən selikli qişaya yapışması qabiliyyəti, iltihab prosesinə səbəb olma dərəcəsi ilə fərqlənirlər və müxtəlif dərəcəli patogenliyə malikdirlər.
H.pylori ilə əlaqəli xəstəliklər: qastrit, duodenit, mədənin və 12-barmaq bağırsağın xora xəstəliyi, mədə və 12-barmaq bağırsağın xərcəngi.
Bu bakteriya 100% olaraq qastroskopiya zamanı təyin olunur, bu səbəbdən müayinə zamanı biopsiya icra olunur.
Histeroskopiya
Histeroskopiya – uşaqlıq boşluğunun histeroskop vasitəsilə endoskopik müayinəsidir. Histeroskopiya diaqnostik məqsəd ilə yanaşı həmçinin müalicə məqsədi ilə də keçirilir (endometriumun hədəfli biopsiyası, poliplərin xaric edilməsi, uşaqlığın daxili sinexiyaların ayrılması (uşaqlıq boşluğunda mövcud olan bitişmələr) və s.)
Histeroskopiyanın keçirilməsi üçün göstərişlər: USM yaxud HSQ zamanı endometriumda patoloji dəyişikliklər şübhəsi (endometrium polipi, endometrium hiperplaziyası), uşaqlıq qanaxmaları (disfunksional, postmenopauzal), uşaqlıq daxili sinexiyalar, uşaqlığın submukoz mioması, uşaqlıqda inkişaf qüsurunun olmasına şübhə yaradan əlamətlər (uşaqlıq daxili çəpər, ikiqat uşaqlıq və s.), uşaqlıq divarına bitişmiş uşaqlıq daxili vasitə (UDV), uşaq salma, bir neçə uğursuz EKM cəhdi, aparılmış hormonal yaxud cərrahi müalicədən sonra uşaqlıq boşluğuna nəzarət.
Histeroskopiya cərrahi əməliyyatların uşaqlığın daxili divarlarının minimal zədələnməsi ilə keçirilməsini təmin edir və bu amil hamiləlik planlaşdıran qadınlar üçün xüsusilə vacibdir.
Kolonoskopiya
Kolonoskopiya – kolonoskop vasitəsi ilə yoğun bağırsağın selikli qişasının endoskopik müayinə üsuludur.
Kolonoskopiya düz və çənbər bağırsağın xoşxassəli və bədxassəli yenitörəmələrinin, qeyri-spesifik iltihab xəstəliklərinin (xoralı kolit, Kron xəstəliyi) və yoğun bağırsağın anadangəlmə patologiyalarının təsbiti üçün ən dəqiq müayinə metodudur.
Diaqnostik kolonoskopiyanın keçirilməsi üçün göstərişlər: nəcisdə qan, xroniki qarın işləməsi və qəbizlik, qarında yoğun bağırsaq nahiyəsində ağrı, köp, naməlum mənşəli subfebril hərarət (uzun müddət ərzində bədən hərarətinin yüksəlməsi), çəkinin azalması, naməlum mənşəli qan azlığı (anemiya), düz bağırsaqda yad cisim hissiyatı, konservativ və cərrahi müalicənin effektifliyinin dəyərləndirilməsi, yaşı 45-dən yuxarı olan qohumlarda (bağırsaq xərcənginin profilaktikası məqsədi ilə) yoğun bağırsaq şişlərin, poliplərin və digər yenitörəmələrin müəyyən edilməsi.
Ehtiyac yarandıqda, bu müayinə metodu sonrakı histoloji müayinə üçün şübhəli sahə üzərində hədəfli biopsiyanın icrasını mümkün edir.
Rektosigmoskopiya
Rektosigmoskopiya – düz bağırsağın və siqmoid bağırsağın distal hissəsinin selikli qişasının rektosiqmoskop vasitəsilə müayinəsidir.
Bu müayinə metodu kor, сolon ascendens, colon discendens, çənbər bağırsağın selikli qişalarının müayinəsini daxil etmir, halbuki, patoloji proses məhz bu müayinə edilməmiş hissələrdə mövcud ola bilər. Bununla əlaqədar, ehtiyac yarandıqda, müəyyən edilmiş dəyişiklərə əsasən, müayinə planı həmçinin total kolonoskopiyanı daxil etməlidir.
Sistoureteroskopiya
Sistoureteroskopiya – sistoskop vasitəsi ilə sidik ifrazı kanalının (uretra) və sidik kisəsinin müayinə metodudur.
Metod uretranın və sidik kisəsinin selikli qişalarının vəziyyətini dəyərləndirmək, iltihab prosesinin mənşəyini, daşlar, sidik kisəsinin divertikul və fistulasını, sidik ifrazı kanalının daralmalarını (strikturalarını) və yenitörəmələri təyin etmək imkanını yaradır.
Sistoureteroskopiya növbəti hallarda keçirilə bilər: hematuriya (sidikdə qanın təyini), piuriya (sidikdə irin), sidik ifrazının çətinləşməsi, sidik ifrazı prosesinin ağrı ilə müşayiət edilməsi, enurez (gecə sidik qaçırması), şiş şübhəsi.
Sistoskopiya zamanı həmçinin toxumaların sonrakı, daha təfərruatlı müayinəsi üçün biopsiya nümunələri götürmək olar, əlavə olaraq, bu müayinə müalicə məqsədi ilə icra edilə bilər: xoraların koaqulyasiyası (yandırma), daşların çıxarılması, poliplərin çıxarılması, sidik axarlarının kateterizasiyası və stentlənməsi, dərman vasitələrinin yeridilməsi və s.
Diaqnostik sistoskopiya yerli anesteziya ilə keçirilir. Əgər prosedur başqa əməliyyatların icrasını nəzərdə tutursa, narkozun digər növlərindən istifadə oluna bilər.
QBB orqanlarının endoskopiyası
QBB orqanlarının videoendoskopiyası – burun, burun-udlaq, udlaq, qırtlaq boşluqlarının endoskop vasitəsi ilə müayinəsidir. Endoskopun ucunda yerləşən kamera vasitəsilə QBB-mütəxəssisi müayinə edilən orqanın selikli qişasının görüntüsünü monitorda görərək onun vəziyyətini dəyərləndirə bilir.
Qeyd olunan müayinə burun tutulmalarının dəqiq səbəbinin təsbit olunması, adenoidlərin ölçüsünün təyin edilməsi, balıqqulaqlarının şəklini, ölçüsünü və keçiriciliyini təyin etmək, qulaq borusunun dəliyinin müayinəsi, səs tellərinin vəziyyətinin qiymətləndirilməsi, QBB orqanlarının boşluğunda şiş prosesinin təsbit edilməsi imkanlarını yaradır.
MediClub Poliklinikada QBB orqanlarının endoskopiyası ən son avadanlıq vasitəsilə keçirilir. Prosedura çox az müddət ərzində (10-15 dəqiqə) keçirilir, ağrısızdır, dolğun məlumatın alınmasını təmin edir və əvvəlcədən hazırlığı nəzərdə tutmur.