Ultrasəs müayinə

Ultrasəs müayinə (sonoqrafiya) – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodudur. Metodun təməlini, insan orqanizminin toxumalarından keçib, həmin toxumaların sıxlığından asılı olaraq fərqli şəkildə əks olunan, ultrasəs dalğalarının ötürülməsi təşkil edir.

MediClub klinikalarında USM premium sinifinə aid GE Voluson E10 (üstünlükləri - mükəmməl keyfiyyətli 2D və 3D/4D görüntülər, unikal olan skan sıxlığının dördqat artırılması, alınan məlumatın isə ötürmə sürətinin onqat artırma imkanları) və ultasəs şüasını formalaşdıran və doppler siqnalını emal edən rəqəmsal texnologiyaya malik olan ekspert sinifinə aid GE Voluson E8 cihazları vasitəsilə keçirilir. Cihazlar elektron çox tezlikli sensorların tam paketi ilə təchiz olunub və bu da ultrasəs müayinəsinin bütün növlərinin icra edilməsinə imkan yaradır.

Ultrasəs müayinə sonoqrafiya USM
 

MediClub Poliklinikada elastoqrafiyanı əhatə edən USM keçirilir. Elastoqrafiya toxumaların sərtlik və elastiklik dərəcəsini dəyərləndirən ultrasəs müayinəsinin xüsusi rejimidir, müayinənin əsasını müəyyən patoloji və ya fizioloji hallar nəticəsində yumşaq toxumaların elastiklik dərəcəsinin dəyişməsi təşkil edir.

Elastoqrafiya qaraciyər, süd vəzləri və qalxanvarı vəzin müayinəsi üçün istifadə edilir və patologiyanın erkən mərhələdə təsbit edilməsi üçün imkan yaradır. USM diaqnostik məqsədlərdən əlavə, həmçinin, müxtəlif müalicə-diaqnostika prosedurları üçün də istifadə olunur (punksiya, biopsiya və s.)

MediClub klinikalarında ultrasəs müayinələri bu sahədə illər ərzində formalaşmış təcrübəyə malik və minlərcə müayinə aparmış ən yüksək kateqoriyaları həkimlər tərəfindən icra edilir.

Ultrasəs müayinə sonoqrafiya USM