MediClub 1998-ci ildə təsis edilmiş, Azərbaycanın ilk milli özəl tibb şirkətidir.
20 ildən artıq müddət ərzində MediClub öz pasiyentlərinə və partnyorlarına qayğı ilə yanaşan, onları beynəlxalq standartlara uyğun olan yüksək səviyyəli peşəkar tibbi xidmətlər ilə təmin edən şirkət mövqeyini qoruyub saxlamaqdadır.
Şirkətin fəaliyyəti ilk günlərdən çoxprofilli tibbi xidmətin inkişafına yönəldilib, xüsusi əhəmiyyət təcili tibbi yardım, pediatriya, sənaye təbabəti, stomatologiya və stasionar müalicə sahələrinə verilib.
1999-cu ildən başlayaraq, MediClub dəfələrlə yerli və xarici şirkətlər tərəfindən Azərbaycanda və Gürcüstanda tibbi xidmətin göstərilməsi sahəsində elan edilən çoxsaylı tenderlərin qalibi olmuşdur.
Hal-hazırda MediClub-ın işçi heyətinin sayı 440 əməkdaşı keçmişdir, partnyor şirkətlərin sayı 220-dən artıqdır.
MediClub aşağıdakıları daxil edir:
■ MediClub Poliklinika
■ MediClub Hospital
■ MediClub KIDS
■ MediClub Dental
■ MediClub Gəncə
MediClub şirkəti universal beynəlxalq ISO 9001:2015 keyfiyyət standartlarına müvafiq və UKAS tövsiyyələrinə əsaslanan ISO 45001:2018 təhlükəsizlik standartları üzrə sertifikatlara malikdir. Şirkətdə hər il həm yerli həm də xarici audit şirkətləri tərəfindən maliyyə auditləri keçirilir. Sənayə obyektlərində MediClub OGUK tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Peşəkar məsuliyyətin sığortası UK&North America standartlarına müvafiq bütün tibbi personalı əhatə edir.
AccuracyMed tibbi məlumat sistemi xüsusi ilə ayrı-ayrı bölmələrin fəaliyyət spesifikasını, korporativ şəbəkənin bütün sahələrini, onun sığorta şirkətləri, partnyorlar və fərdi şəxslər ilə əlaqələrini nəzərə almaqla şirkət içində tərtib edilmişdir. Bu cür sistem müvafiq qeydiyyat və nəzarətin icrasını mümkün edərək, inzibati qərarların vaxtı-vaxtında alınması və bu qərarların müsbət nəticələr göstərməsi imkanını yaradır.