Stomatoloji yardım – ağız boşluğu, diş və üz-çənə nahiyəsi xəstəliklərinin profilaktikası və müalicəsi üzrə tədbirlər kompleksini əhatə edən ixtisaslaşdırılmış tibbi yardımdır.

Təqdim olunan stomatoloji tibbi yardımın növləri:
■ terapevtik stomatologiya – dişlərin, parodont və selikli qişa xəstəliklərinin müalicəsi;
■ cərrahi stomatologiya - dişlərin çəkilməsı, implantologiya, bütün növ cərrahi manipulyasiyaların aparılması;
■ ortopedik stomatologiya - dişlərin protezlənməsi;
■ uşaq stomatologiyası – dişlərin, parodont toxuma və ağız boşluğunun selikli qişa xəstəliklərinin müalicəsi, uşaqlarda dişlərin çəkilməsı;
■ ortodontiya – dişləmin və diş-çənə sistemi anomaliyalarının korreksiyası;
■ estetik stomatologiya - dişlərin bərpası; dişlərin forma və rənginin dəyişdirilməsi.

MediClub Dental-da stomotoloji yardım tam həcmdə təqdim olunub və bütün stomatoloji profillər üzrə mütəxəssisləri əhatə edir.
