Klub kartı

MediClub Klub kartı
 

“MediClub” Klub kartının sahibı olmağın üstünlükləri


Klub kartı sizə Azərbaycanın bütün “MediClub” müəssisələrində imtiyazlı tibbi xidmət almaq hüququnu verir. Kart alındığı tarixdən 1 (bir) il müddətində etibarlıdır.

“MediClub” kartının alınması aşağıdakıları təmin edir:


■ öncədən ödəniş etmədən təcili yardım çağırmaq və fövqəladə hallarda kömək əldə etmək imkanı,
■ tibbi xidmətlərə endirimlər,
■ kartın yenilənməsi zamanı yenisini 20% endirimlə əldə edirsiniz,
■ kart əldə ediləndən dərhal sonra MediClub klinikalarında birdəfəlik pulsuz müayinə əldə edirsiniz ki, bu müayinəyə aşağıdakılar daxildir:
     • Ümümi praktika həkiminin baxışı
     • Elektrokardioqram
     • Laborator müayinələr:
          - Sidiyin ümumi analizi
          - Qanın ümumi analizi
          - Qanın laxtalanma müddəti
     Böyüklər və 14 yaşdan yuxarı uşaqlar üçün
          - Şəkərin təyini (qanda)
          - Protrombin indeksi (qanda)
     14 yaşa qədər uşaqlar üçün
          - Nəcisin ümumi analizi

(yuxarıda qeyd olunan şərtlər hədiyyə kartlarına şamil edilmir)

Klub kartının qiyməti


     - Böyüklər və 14 yaşından başlayaraq uşaqlar üçün - 170 manat
     - 14 yaşa qədər uşaqlar üçün - 100 manat
Bir ünvanda yaşayan ailə üzvləri üçün:
     - Ailənin birinci üzvü üçün - 170 manat
     - Ailənin bir yerdə yaşayan ikinci üzvü üçün - 120 manat
     - Eyni ünvanda yaşayan digər ailə üzvləri üçün - 100 manat

MediClub üzvlük kartının sahibi həmçinin aşağıdakı hüquqlara malikdir:


■ Bütün tibbi xidmətlərə 20% endirim, o cümlədən:
     - xəstəxanaya yerləşdirmə,
     - “MediClub”-ın klinikalarında mütəxəssis həkiminin konsultasiyası.
■ “MediClub”-ın Stomatoloji klinikasında xidmətlərə 10% endirim.
■ Laborator müayinələrə 20% endirim

Bakı şəhər ərazisində təcili yardım çağırışının qiymətinə klub üzvləri üçün 30% endirim tətbiq olunur.

“MediClub” kart sahiblərinə A-Qroup Sığorta Şirkəti tərəfındən “Daşınmaz əmlak və KASKO sığortası (avtomobil sığortası) üçün 20% endirim edilir.

Klub kartını nağd və ya bank köçürmə yolu ilə əldə edə bilərsiniz (+ 18% ƏDV)

Korporativ müştərilər MediClub kartını aşağıda qeyd olunan endirimlərlə əldə edə bilərlər:

10 əməkdaşdan yuxarı - 10%
25 əməkdaşdan yuxarı - 15%
50 əməkdaşdan yuxarı - 20%