Yoluxucu xəstəliklər (lat. - inficio, infeci, infectum «yoluxdurmaq» +yun. λόγος — bilik) – infeksion xəstəlikləri, o cümlədən, bağırsaq, tənəffüs yolları, xarici örtüklərin infeksiyalarını və s. tədqiq edən elm sahəsidir.
İnfektologiya infeksion xəstəliklərin epidemiologiyasını (baş vermə tezliyi, yoluxma yolları, risk faktorlarının öyrənilməsi), infeksiyaların simptomatikası və evolyusiyasını, diaqnostika üsullarını, müalicə və qarşısını alma (peyvənd) metodlarını ehtiva edir.
MediClub həm böyüklər arasında, həm də uşaqlarda aşağıdakı infeksion xəstəliklərin müalicə və diaqnostikasını həyata keçirir:
■ Bağırsaq infeksiyaları (salmonellez, şigellez, qida toksikoinfeksiyaları, botulizm, tif qızdırması və parazitlər, amebiaz, leptospiroz və s.);
■ Qan infeksiyaları (transmissiv) (malariya, gənə borreliozu, hemorragik qızdırmalar, viruslu ensefalitlər, leyşmaniozlar və s.);
■ Qan infeksiyaları (qeyri transmissiv) (viruslu hepatit B, C və s.);
■ Tənəffüs yollarının infeksiyaları (KRVX, qrip, adenovirus infeksiyaları, paraqrip, qızılca, məxmərək, ornitoz, su çiçəyi, epidemioloji parotit, difteriya, qırmızı atəş, göy öskürək və s.);
■ Xarici örtüklərin infeksiyaları (tetanus, qızıl yel, quduzluq).
МediСlub KIDS-də həmçinin su çiçəyi, qızılca, məxmərək, difteriya, parotit və qırmızı atəş kimi uşaq infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi mümkündür.
MediClub klinikalarında infeksion xəstəliklərin diaqnostikası
МediСlub-da bizim həkim-infeksionistlərimiz 3 qrup xüsusi laborator müayinədən istifadə edirlər:
■ bakterioloji;
■ seroloji;
■ təhlil edilən materialda infeksion xəstəliyin törədicisinin DNT və ya RNT-nun aşkar olunması üçün polimeraz zəncirvari reaksiya metodu (PZR).
İnfeksion xəstəliklərin müalicəsi komplekslidir, törədici növü, xəstənin vəziyyətinin ağırlığı və prosesin fazasını nəzərə almaqla aparılır.
МediСlub klinikalarında profilaktik vaksinasiyalar ilə yanaşı (hepatit B, məxmərək, göy öskürək və s.), həmçinin, kəskin göstəriş olduqda təxirəsalınmaz vaksinasiya da aparılır (tetanus, quduzluq).