Travmatologiya (yun. τραῦμα — yara, zədələnmə + λόγος —elm) — insan orqanizminə müxtəlif travmatik təsirlərin, travmaların nəticələrini və onların müalicə metodlarını öyrənən tibb sahəsidir.
MediClub-da travmatoloji yardımın göstərilməsi
Müxtəlif növ travmaların keyfiyyətli diaqnostikası üçün həkim-travmatoloqlarlar üçün bütün imkanlar mövcuddur:
■ USM-si;
■ rentgen;
■ KT;
■ EEQ;
■ elektroneyromioqrafiya;
■ laborator diaqnostika və s.
MediClub-ın həkim-travmatoloqları tərəfindən tibbi yardımın göstərilməsi aşağıda qeyd olunan travmalar, zədələnmələr və xəstəliklər hallarını ehtiva edir:
■ sınıqlar;
■ gərilmələr, çıxıqlar və bağların çırılması;
■ hematomalar və zədələr;
■ baş-beyin travmaları;
■ donmalar və yanıqlar;
■ qanaxmalar;
■ oynaqların açıq və qapalı zədələnmələri.
МediСlub-da aşağıda qeyd olunan cərrahi manipulyasiyalar icra olunur:
■ yad cismlərin çıxarılması, yaraların cərrahi işlənməsi, drenajı və tikilməsi;
■ sınıqlar zamanı novokain blokadalarının tətbiqi;
■ oynaqların punksiyası (oynaq inyeksiyaları) və dərman vasitələrinin yeridilməsi;
■ yenitörəmələrin xaric olunması;
■ gips və plastik sarğıların, ortezlərın qoyulması;
■ çıxıqların yerinə salınması;
■ sınmış sümüyün düzgün yerləşdirilməsi üçün yerdəyişmənin aradan qaldırılması və sümüklərin repozisiyası;
■ osteosintezın bütün növləri.
Həmçinin MediClub Hospitalda oynaqdaxili zədələnmələrin və xəstəliklərinin həm diaqnostikası, həm də müalicəsi üçün tətbiq edilən az invaziv metodika – artroskopiya - icra olunur.