Psixiatriya həkim-psixiatrlar, psixiki pozuntuların xəstəliklərin neyrofizioloji diaqnostikası profilaktikası və müalicəsi, korreksiya edən psixoterapiya psixoterapevtik metodları, autotreninqlər Psixiatriya

Psixiatriya (qəd.yun ψυχή — «ruh» + qəd.-yun. ἰατρεία «müalicə») — psixiki pozuntuları, onların diaqnostikası, profilaktikası və müalicə üsullarını öyrənən tibbin sahəsidir.

Qəbul zamanı həkim-psixiatrlar təfəkkür səviyyəsini dəyərləndirib, həm böyüklərdə (MediClub Poliklinika), həm də uşaqlarda (MediClub KIDS) psixi pozuntuları təyin edirlər. Ehtiyac yarandıqda psixiatr əlavə müayinələr təyin edir və onların nəticələrinə əsaslanaraq xəstənin psixi vəziyyəti barədə yekun rəy verir.

MediClub-da həm böyüklər, həm də uşaqlar arasında aşağıdakı xəstəliklərin diaqnostikası və müalicəsi keçirilir:

■ sui qəsd təşəbbüsləri;
■ paranoyal ideyalar, sayıqlama və hallüsinasiyalar;
■ müxtəlif fobiyalar;
■ yuxu pozuntuları (keçməyən yuxululuq);
■ güclü səbəbsiz həyəcan, psixozlar və ruhi pozuntuların digər halları;
■ şizofrenik vəziyyətlər;
■ posttravmatik haldan irəli gələn psixi pozuntular;
■ müxtəlif növlü qarşısıalınmaz asılılıqlar;
■ tez-tez baş verən isterik tutmalar;
■ bulimiya və anoreksiya;
■ epilepsiya;
■ demensiya;
■ psixozlar;
■ nevrozlar;
■ şəxsiyyət pozuntusu
■ şizofreniya;
■ Parkinson və Altsheymer xəstəlikləri;
■ autizm;
■ maniakal-depressiv sindrom.

Psixi xəstəliklərin neyrofizioloji diaqnostikası aşağıdakıları ehtiva edir:

■ EEQ (elektroensefaloqrafiya);
■ MRT (beynin maqnit-rezonans tomoqrafiyası);
■ beynin magistral damarlarının dupleks skanı.

Psixi xəstəliklərin müalicə metodunun təməlini zədələnən funksiyanın bərpasını təmin edən dərman vasitələrinin istifadəsi təşkil edir. Dərman vasitələrindən əlavə olaraq, həkimlər korreksiya edən psixoterapiya metodlarını tətbiq edirlər.

Əlavə istifadə olunanlar:
■ autotreninqlər;
■ müxtəlif növlü psixoterapevtik metodlar (art-terapiya, hipnoz, söhbətlər və s.);