Ginekologiya (yun. gyne – qadın, logos - elm) - qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasını və müalicəsini tədqiq edən elmdir.
Ginekologiya aşağıdakıları daxil edir:
■ Uşaq və yeniyetmə ginekologiyası;
■ Cərrahi ginekologiya;
■ Ginekoloji endokrinologiya.
Cinsi yetkinlik dövründən başlayaraq klimakterik perioda qədər qadın orqanizminin fizioloji fəaliyyətinə məhz həkim-ginekoloq nəzarət edir.
MediClub-da yüksək peşəkarlığa və qadın reprodukiv sistemi xəstəliklərinin müalicəsi sahəsində geniş təcrübəyə malik həkim-ginekoloqları Sizə aşağıdakı problemlərin həllində kömək edəcəklər:
■ cinsi yolla keçən xəstəliklər (xlamidioz, ureaplazmoz, mikoplazmoz, trixomoniaz, genital herpes);
■ bakterial vaginoz;
■ vulvovaginal kandidoz;
■ vulvovaginit, servisit, endometrit;
■ servikal kanalın polipləri;
■ poliplər, endometrium hiperplaziyası;
■ menstrual siklin pozulması;
■ uşaqlıq boynunun xəstəlikləri;
■ uşaqlıq mioması;
■ yumurtalıqların sistləri;
■ endometrioz;
■ sonsuzluq;
■ kontrasepsiya (qorunma) metodunun seçimi;
■ predmenstrual sindrom;
■ vulva xəstəlikləri;
■ postmenopauzal atrofik vaginit;
■ vulvanın skleroatrofik lixeni (krauroz) ;
■ menopauza (klimaks) dövrünün başlanması ilə əlaqəli problemlər;
■ uşaqlıqdan kənar hamiləlik.
Həkimlərimiz sitoloji müayinə (PAP-test) və VPÇ genotiplənməsi müayinələrini ehtiva edən uşaqlıq boynunun xərcənginin profilaktikasına xüsusi diqqət yetirir. Bizim klinikada PAP-test maye sitologiyası metodu ilə keçirilir.
Ginekologiyanın mamalıq ilə, yəni, dölün daşınması, doğuş və doğuşdan sonrakı dövrləri əhatə edən müddət üçün məsul olan, elm sahəsi ilə sıx bağlantısı vardır. Həkimlərimiz hamiləlik təqibində Sizə müvafiq yardımı göstərəcəklər.
MediClub-da ginekoloji xəstəliklərin diaqnostikası növbəti metodlar ilə təqdim olunub:
■ ultrasəs müayinələri: kiçik çanaq orqanlarının transvaginal, transabdominal və transrektal USM; dölün USM-si; süd vəzlərinin USM-si. Ekspert sinifinə aid olan GE Voluson E10, GE Voluson E8 cihazları vasitəsi ilə keçirilir;
■ qanın laborator müayinələri (onkomarkerlər daxil olmaqla) və yaxmalar (sitologiya daxil olmaqla);
■ vulvanın biopsiyası;
■ uşaqlıq boynunun radiodalğalı biopsiyası (Surgitron cihazı vasitəsi ilə);
■ endometriumun aspirasiya ilə biopsiyası;
■ histeroskopiya;
■ uşaqlıq boşluğunun və uşaqlıq borularının rentgen müayinəsi (histerosalpinqoqrafiya);
■ kiçik çanaq orqanlarının КТ müayinəsi;
■ diaqnostik laparoskopiya.
Kolposkopiya - ginekoloqa uşaqlıq boynunu, uşaqlıq yolun divarlarını və xarici cinsiyyət orqanlarını (vulva) anormal (atipik) hüceyrələrin olub- olmaması üçün qiymətləndirməyə imkan verən diaqnostik bir proseduradır. Tədqiqat işıqlandırması olan xüsusi bir mikroskop ilə – toxumaları dəfələrlə böyüdən və ən kiçik dəyişiklikləri aşkar etməyə imkan verən - kolposkopdan istifadə edərək aparılır. Təfərrüatlı görüntü hesabına həkim yenitörəmələri aşkar edə, yerlərini, ölçülərini və konturunu, səth xüsusiyyətlərini təyin edə bilər.
Kolposkopiyaya göstərişlər aşağıda qeyd olunanlardır:
■ sitoloji yaxmada aşkar edilmiş dəyişikliklərin (Pap test);
■ aşkar edilmiş yüksək onkogen HPV növləri;
■ itiuclu kondilomalar;
■ uşaqlıq boynun ektopiyası/eroziyaları;
■ uşaqlıq boynu, uşaqlıq yolu və vulva toxumalarında şişönü dəyişikliklərə şübhələr;
■ cinsi yollardan postkoital qanlı ifrazatlar;
■ uşaqlıq boynunda iltihabi proses (servisit);
■ uşaqlıq boynun endometriozu.
Prosedura ağrısızdır, xüsusi hazırlıq tələb etmir.
Bu müayinənin əsas məqsədi - epiteliy hüceyrələrində atipiya əlamətlərinin olub-olmamasını müəyyən etməkdir. Əgər kolposkopiya zamanı ginekoloq hər hansı bir dəyişikliklər görərsə, zədələnmiş sahələrdən toxuma nümunələri (biopsiya) götürə bilər.
Kolposkopiya - uşaqlıq boynu, uşaqlıq yolu və xarici cinsiyyət orqanlarında patoloji proseslərin əksəriyyətini böyük dəqiqliklə görməyə imkan verən ən yaxşı diaqnostik metodlardan biridir. O, orqanlarda xərçəng prosesinin erkən diaqnostikası üçün əvəzolunmazdır.
Klinikamızda bu tədqiqat yüksək sinif olan Leisegang avadanlığında ixtisaslı mütəxəssislər, ginekoloqlar dr. E. Qədirova və dr. L. Şərifzadə tərəfindən aparılır.
Ginekoloqların qəbuluna, həmçinin kolposkopiya müayinəsinin aparılması üçün MediClub Poliklinika-sına müraciət edə bilərsiniz.
МediСlub-ın həkim-ginekoloqları ginekoloji xəstəlikləri müasir konservativ terapiya və cərrahiyyə müdaxilələri üsulları ilə müalicə edirlər.