Urologiya (qəd. yun. οὖρον — «sidik» + qəd.yun λόγος — «elm») — sidik-cinsiyyət sistemi xəstəliklərinin etiologiyasını, patogenezini, diaqnostikasını araşdıran tibb sahəsidir.
MediClub klinikalarında uroloji xəstəliklərin diaqnostikası və müalicəsi
Həkim-uroloqun konsultasiyasına həkim baxışı, zəruri müayinələrin aparılması və fərdi müalicə planının təyin edilməsi daxildir.
MediClub-da keçirilən sidik-cinsiyyət sisteminin diaqnostikası növləri:
■ Çevik endoskoplar vasitəsi ilə uretroskopiya (irriqasiyon, ağrısız);
■ Çevik endoskoplar vasitəsi ilə sistoskopiya (irriqasiyon, ağrısız);
■ Prostat vəzinin USM-si;
■ Böyrəklərin, sidik axarlarının, sidik kisəsinin USM-si;
■ Bütün növ laborator müayinələr (infeksiyalar, hormonlar, onkomarkerlər və s.)
Əlavə olaraq, diaqnostika çərçivəsində bakterial və virus infeksiyalarına görə qanın kliniki, biokimyəvi, immunoloji analizləri, sidik analizləri, yaxmalar və qaşıntıların götürülməsi, bakterioloji və sitoloji müayinələr aparılır. Ehtiyac yarandıqda KT, USM-si, rentgen və digər əlavə müayinələr aparılır.
MediClub-ın uroloqları və androloqları aşağıdakı xəstəliklərin müalicəsini aparır:
■ uretrit (kəskin və xroniki);
■ uretra daralması (strikturası);
■ prostatit (kəskin, xroniki, kalkulyoz, parenximatoz);
■ prostat vəzinin adenoması (xoşxassəli hiperplaziya);
■ sistit;
■ fimoz (kənar pülüyün daralması);
■ balanopostit;
■ balanit;
■ orxit;
■ epididimit;
■ orxoepididimit;
■ vezikulit;
■ varikosele;
■ hidrosele;
■ kişi sonsuzluğu;
■ impotensiya (ereksiyanın zəyifləməsi);
■ libido səviyyəsinin aşağı düşməsi;
■ vaxtından əvvəl eyakulyasiya;
■ çətinləşmiş eyakulyasiya;
■ cinsi orqanın plastik indurasiyası (Peyroni xəstəliyi);
■ sidik daşı xəstəliyi;
■ piyelonefrit (kəskin, xroniki);
■ urogenital papillomavirus infeksiyası (iti uclu kondilomalar);
■ endouretral kondilomalar;
■ spermada qan (hemospermiya);
■ spermada irin (piospermiya);
■ qadınlarda sidik qaçırma;
■ cinsi yolla keçən infeksiyaların müalicəsi;
■ neyrogen sidik kisəsi.
MediClub klinikalarında aşağıdakı müalicə metodları və uroloji əməliyyatlar icra edilir:
■ sidik yollarının endoskopik müdaxilələri;
■ cinsi orqanın, xayanın və anal sahənin kondilomalarının radiodalğalı cərrahiyyəsi;
■ varikoselenin cərrahi müalicəsi;
■ kənar pülüyün kəsilməsi;
■ penis frenumunun plastikası.