Haloterapiya - əsasını yeraltı duz mağaralarının iqliminə uyğun müəyyən süni mikroiqlimin istafadəsi təşkil edən qeyri-medikamentoz müalicə üsuludur.
Haloterapiya metodunun əsas təsiredici amili quru yüksək dispersli natrium xlorid aerozoludur. Onun tərkibindəki respirator hissəciklərin üstünlük təşkil etməsi fəaliyyət səmərəliyini tənəffüs yollarının bütün bölmələrinə, ən dərin olanlara belə, nüfuz edərək təmin edir. İonlaşdırılmış duz aerozolu insanın tənəffüs orqanlarına daxil olaraq, bütün toksinləri, allergenləri, o cümlədən patogen bakteriya və virusları zərərləşdirir, tənəffüs yollarının qoruyucu mexanizmlərini stimullaşdırır, mukolitik, bronxodrenaj effekti vardır, iltihab əleyhinə və immunomodulyator təsir göstərir, selikli qişanın infeksiyaya qarşı müqavimətini artırır.
Haloterapiyaya göstərişlər:
■ tənəffüs orqanlarının xəstəlikləri: bronxial astma, xroniki obstruktiv bronxit, xroniki pnevmoniya və s.
■ dəri xəstəlikləri: pullu dəmrov, ekzema, sızanaq;
■ rinit, sinusit, faringit, laringit;
■ allergiyalar;
■ tez-tez baş verən zökəm;
■ zəifləmiş immunitet;
■ tənəffüs sisteminin peşə xəstəlikləri (zərərli istehsalatla iş zamanı):
■ psixo-emosional qeyri-sabitlik, xroniki stress.
Haloterapiya metodunda əsas əhəmiyyət mikroorqanizmlərdən və allergenlərdən azad müalicəvi mühitdə pasiyentin olması kəsb edir. Proseduralar aparılan zaman xəstənin xarici əlverişsiz təsirlərlə (allergenlər, çirkləndiricilər və s.) əlaqəsi kəsilir ki, bu da respirator sistemin immunobioloji xüsusiyyətlərinin bərpasını təşviq edir.
Haloterapiya proseduraları vegetativ sinir sisteminin vəziyyətin sabitləşməsini təşviq edir, müsbət psixo-emiosional təsir göstərir.