Nevrologiya həkim-nevroloqlar, tədqiqi mərkəzi və periferik sinir sisteminin nevroloji kəskin və xroniki serebrovaskulyar xəstəliklərinin diaqnostikası müalicəsi profilaktikası və reabilitasiyası, beyin silkələnməsi, baş ağrıları, meningit, epilepsiya, baş beyin və onurğa beyinində dəyişikliklər, osteoxondroz, onurğa sütünunun yırtıqları, miqren, lumbaqo, radikulit, nevritlər, onurğa sütununda qarında sinədə boyunda ağrılar, vegetativ damar distoniyası, qıcolmalar və ifliclər, yuxusuzluq, depressiya, manual traksion terapiya, osteopatiya, iqlorefleksoterapiya, biofeedback metodu, oynaq və periartikulyar blokadalar, yırtıqlar stenozlar və qeyri-stabil onurğa sütünu hallarında dərman vasitələrinin kaudal və epidural yeridilməsi Nevrologiya

Nevrologiya (qəd.yun νεῦρον — sinir, и λόγος —elm; «sinirlər barədə elm») — sinir sisteminin tədqiqi və mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin diaqnostikasını, müalicəsini və profilaktikasını ehtiva edən elmdir.

MediClub klinikalarında həkim-nevroloqlar sinir sisteminin kəskin və xroniki xəstəliklərindən əziyyət çəkən pasientlər üçün müalicəvi-diaqnostik, profilaktik və reabilitasiya tədbirlərinin kompleksini həyata keçirirlər. Qeyd olunan tədbirlərin əsas məqsədi serebrovaskulyar xəstəliklər və onların nəticəsi olan ölüm hallarının azaldılması və fəsadlarının (BQDKP, ensefalopatiyalar, parezlər, ifliclər və s.) inkişafının qarşısının alınmasıdır.

MediClub klinikalarında aşağıdakı nevroloji xəstəliklərin müalicəsi aparılır:

■ beyin silkələnməsi;
■ neyropatiyalar;
■ müxtəlif mənşəli baş ağrıları;
■ meningit;
■ epilepsiya;
■ baş beyin və onurğa beyinində degenerativ, damar və dismetabolik dəyişikliklər;
■ osteoxondroz;
■ onurğa sütünunun yırtıqları;
■ miqren;
■ lumbaqo, işias, radikulit;
■ nevritlər;
■ onurğa sütununda ağrılar;
■ qarında ağrılar (abdominalgiya), sinədə ağrılar (torakalgiya);
■ polineyropatik sindromlar;
■ distonik sindromlar;
■ vegetativ damar distoniyası;
■ müxtəlif qıcolmalar və ifliclər;
■ boyunda ağrılar (servikoalgiya) və qol nahiyəsinə yayılan boyun ağrıları (servikobraxialgiyalar);
■ yuxusuzluq;
■ depressiya və s.

MediClub Poliklinika, MediClub KIDS və MediClub Hospital aşağıdakı diaqnostika üsullarından istifadə edirlər:

■ MDUDS (magistral damarların ultrasəs dupleks skanı);
■ EEQ (Elektroensefaloqrafiya);
■ ENMQ (elektroneyromioqrafiya);
■ КТ (kompüter tomoqrafiyası);
■ laborator diaqnostika.

MediClub klinikalarında nevroloji xəstəliklərin müalicə metodları:

■ manual terapiya;
■ osteopatiya;
■ iqlorefleksoterapiya;
■ biofeedback metodu;
■ traksion terapiya;
■ kinezioteypinq;
■ masajın müxtəlif texnikaları;
■ dərman preparatlarının fərdi seçimi;
■ elektrostimulyasiya, maqnit-lazer terapiyası və aparat müalicəsinin digər növləri;
■ oynaq və periartikulyar blokadalar;
■ əzələ-tonik sindromu zamanı blokadalar;
■ yırtıqlar, stenozlar və qeyri-stabil onurğa sütünu hallarında dərman vasitələrinin kaudal və epidural yeridilməsi.