Anesteziologiya və reanimatologiya həkim-anestezioloq-reanimatoloqlar, müasir anesteziya metodları, ümumi yerli onurğa beyni epidural spinal sedasiya, 24 saat intensiv terapiya, reanimasiya şöbəsi, süni tənəffüs aparatları plazmaferez və hemodialız SQDA süni qan dövranı aparatı Anesteziologiya və reanimatologiya

Anesteziologiya (yun. ἀν- — inkar edən prefiks, αἴσθησις — hissiyyat и λόγος — elm) – əməliyyatla bağlı dövrdə (yəni, əməliyyatdan əvvəl, əməliyyat zamanı və sonrakı dövr) ağrısızlaşdırma və orqanizmin həyatı əhəmiyyat daşıyan funksiyalarının idarə edilməsi məqsədi ilə tətbiq edilən müxtəlif anesteziya metodları barədə elmdir.

MediClub klinikasının həkimləri müasir anesteziyanın bütün metodlarını tətbiq edən yüksək peşəkarlığa malik anestezioloq-reanimatoloqlardır:


ümumi anesteziya – pasientin əməliyyat öncəsi dərin süni yuxuya getməsindən ibarətdir. Ağrıkəsici preparatların inhalyasiya və ya venadaxili vurulması yolu ilə həyata keçirilir.

yerli anesteziya – pasientin huşu aydın olduğu halda, əməliyyat icra ediləcək bədən hissəsinin ağrısızlaşdırılması. Yerli anestetikin sinir yaxud sinir kələfinin yan sahəsinə yeridilməsi (periferik sinirlərin blokadası), yaxud yerli anestetikin onurğa beyinin yan sahəsinə yeridilməsi (onurğa beyni anesteziyası – epidural və ya spinal) yolu ilə həyata keçirilir.

sedasiya (ən çox stomatoloji sahədə istifadə olunur) – insanın fiziki və emosional rahatlama halına gəlməsi, hətta mürgüləmə ilə nəticələnməsindən ibarətdir. İnhalyasiya və ya sedativ preparatların venadaxili yeridilməsi yolu ilə həyata keçirilir.

Anesteziya üçün metodların və preparatların seçimi icra ediləcək manipulyasiya və ya cərrahi əməliyyatın xüsusiyyətindən, həcmindən, müddətindən, həmçinin, xəstənin səhhətinin vəziyyətindən və onun xasiyyət xüsusiyyətlərindən asılıdır. Metod seçimi həkim-anestezioloqun əməliyyat önü keçirilən konsultasiyası zamanı təyin edilir.

İntensiv terapiya və reanimatologiya sahələrinin anesteziologiya ilə sıx bağlantısı vardır.

Reanimasiya şöbəsinin fəaliyyətinin əsas məqsədi ən ağır vəziyyətdə olan pasient qrupunun həyatı əhəmiyyət kəsb edən orqanların zədələnmiş funksiyasının bərpasına və dəstəyinə yönəlik tədbirlər kompleksinin keçirilməsidir.

MediClub Hospital klinikasının reanimasiya şöbəsi 6 palatadan (4 böyük və 2 uşaq) ibarətdir, palataların 4-ü mənfi təzyiq sistemləri ilə təchiz edilib. Əlavə olaraq hospitalın 28 palatasının hər birində mərkəzləşdirilmiş oksigen, sıxılmış qaz və vakuum mövcud olmasına görə ehtiyac yarandıqda qısa müddət ərzində onlar intensiv terapiya palatasına çevrilə bilər.

Şöbə müasir avadanlıqlarla təchiz edilib. Bu amil 24 saat ərzində həyatı əhəmiyyət kəsb edən funksiyalara (respirator və hemodinamik göstəricilər, bədən temperaturu və s.) nəzarət etmək və onları idarə etmək imkanı yaradır.

Bütün reanimasiya otaqları enteral qidalandırıcı qatqıların yeridilməsi üçün nəzərdə tutulan və avtonom qidalanma imkanı yaradan infuzomatlar və perfuzorlardan ibarət infuzion komplekslər ilə təchiz edilib; multifunksional tibbi çarpayıların elektron təchizatı və çəki tənzimləyici funksiyası mövcuddur.

Reanimasiya şöbəsinin xüsusi cihazlar (süni tənəffüs aparatları, plazmaferez və hemodialız aparatları, SQDA – süni qan dövranı aparatı) ilə təchiz olunması uşaqlar daxil olmaqla istənilən yaş qrupuna aid ən ağır vəziyyətdə olan pasientlərdə intensiv terapiya və reanimasiya tədbirlərinin uğurla həyata keçirilməsi imkanı yaradır.

Profil üzrə klinikalar