Cərrahiyyə (qəd.yun χείρ — «əl» и ἔργον — “fəaliyyət”, “iş”)- xroniki və kəskin xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olan tibb sahəsidir.
Demək olar ki, tibbin istənilən sahəsində cərrahi müdaxilə tələb edən hallar mövcuddur.
MediClub klinikasında növbəti profillər üzrə planlı və təxirəsalınmaz cərrahi müalicə mümkündür:
■ ambulator cərrahiyyə - stasionara yerləşdirmə tələb olmadan, ambulator şəraitdə cərrahi yardımın göstərilməsi. Kiçik cərrahi müdaxilələr MediClub Poliklinika-da, həm də MediClub Hospital-da keçirilir.
Ambulator cərrahi yardım daxilindi dəri və dərialtı toxumanın irinli-iltihab xəstəlikləri, xoşxassəli törəmələr (xallar, ziyillər, lipomalar/piy toxumasının şişləri), yaralar və travmaların müalicəsi, həmçinin kiçik əməliyyat otağında bəzi ginekoloji (uşaqlıq boşluğunun və servikal kanalın diaqnostik qaşınmaları, uşaqlıq boynunun biopsiyası, radiodalğalı eksiziyası, uşaqlıq boynunun konizasiyası və koaqulyasiyası) və proktoloji (anal saçaqların, perianal kondilomaların, anal kanalın poliplərinin xaric edilməsi) müdaxilələr keçirilir. Ehtiyac yarandıqda əməliyyat zamanı “Surgitron” radiodalğalı aparatdan istifadə olunur, bu da reabilitasiya müddətini nəzərə çarpan dərəcədə qısaldır.
■ abdominal cərrahiyyə - qarın boşluğu orqanlarının cərrahi müalicəsi. MediClub Hospital klinikasında bu cərrahi müdaxilələr icra olunur: laparoskopik hernioplastika (qasıq, göbək, əməliyyatdan sonra əmələ gələn yırtıqlar zamanı), ağ xətt yırtığının xaric olunlması, diafraqmanın qida borusu dəliyinin yırtığının müalicəsi, laparoskopik xolesistektomiya (öd kisəsinin xaric edilməsi), laparoskopik appendektomiya (appendiksın xaric edilməsi), laparoskopik splenektomiya (dalağın xaric edilməsi), qaraciyərin laparoskopik rezeksiyası, nazik bağırsağın rezeksiyası, çənbər bağırsağın rezeksiyası, siqmoid bağırsağın rezeksiyası, qida borusu divertikulunun ləğv edilməsi.
■ operativ otorinolaringologiya – BBQ sistemi orqanlarının müxtəlif xəstəliklərinin cərrahi müalicəsi. MediClub Hospitalda icra edilən BBQ əməliyyatlar: septoplastika, adenoidektomiya (adenoidlərin xaric edilməsi), haymorotomiya, rinoplastika, timpanoplastika, tonzillektomiya (badamcıqların xaric edilməsi), endoskopik funksional rinosinus cərrahiyyəsi (burun və burunun əlavə ciblərinin cərrahiyyəsi), balıqqulaqlarının konxotomiyası, balıqqulaqlarının radiodalğalı vazotomiyası, burun sümüklərinin açıq və qapalı repozisiyası, paratonzillyar (udlaqarxası) abseslərin yarılması və drenaji, qulaq pərdəsinin şuntlanması, burun, boğaz və qulağın yad cismlərinin xaric olunması.
■ operativ ginekologiya – qadın reproduktiv sistemi xəstəliklərinin diaqnostikasını və cərrahi müalicəsini daxil edir. MediClub Hospitalda icra edilən ginekoloji əməliyyatlar: bartolin vəzinin kistasının rezeksiyası, histeroskopiya, uşaqlıq boşluğunun qaşınması, polipektomiya (endometrium və/və ya servikal kanalın poliplərinin xaric edilməsi), laparoskopik ovarioektomiya (yumurtalığın rezeksiyası), adneksektomiya (uşaqlıq artımlarının xaric edilməsi), yumurtalıq kistalarının rezeksiyası, tubektomiya (uşaqlıq borularının xaric edilməsi), miomektomiya, total histerektomiya (uşaqlığın ekstirpasiyası), uşaqlığın amputasiyası, vaginal plastika (kolporafiya), labioplastika (cinsiyyət dodaqlarının plastikası).
■ operativ urologiya
■ operativ travmatologiya – kəskin və xroniki xəstəliklərin, həmçinin sümük və oynaqların travmalarının və zədələnmələrinin cərrahi müalicəsi. MediClub Hospitalda oynaqların artroskopiyası, sınıqlar halında sümüklərin repozisiyası, osteosintezin bütün növləri icra edilir.
■ operativ proktologiya – düz bağırsaq və anal sahənin xəstəliklərinin cərrahi müalicəsi. MediClub Hospitalda növbəti proktoloji əməliyyatlar keçirilir: hemorroidektomiya, hemorroidal düyünlərin liqaturaya alınması, anal çatın ləğv edilməsi, proktoplastika, düz bağırsaq poliplərinin xaric olunması.
■ təxirəsalınmaz cərrahiyyə - təxirəsalınmaz cərrahi yardımın göstərilməsi. Təxirəsalınmaz cərrahi müdaxilələr qarın boşluğunun və kiçik çanağın kəskin xəstəlikləri halında icra olunur: kəskin appendisit, kəskin pankreatit, kəskin xolesistit, mədə-bağırsaq qanaxması, boğulmuş yırtıq, mədə və 12-barmaq bağırsağının perforativ xorası, kəskin bağırsaq keçməzliyi, uşaqlıqdan kənar hamiləlik, yumurtalığın apopleksiyası (yumurtalıq toxumasının tamlığının pozulması), yumurtalıq kistasının çırılması.
■ plastik cərrahiyyə