1 yaşından 7 yaşa qədər uşaqların dispanserizasiyasının əsas məqsədləri anadangəlmə qüsurların və anomaliyaların vaxtında aşkarlanması, xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması, psixofizik inkişafın ümumi qiymətləndirilməsidir.
Dispanserizasiya aşağıdakı cədvələ uyğun olaraq həyata keçirilir:
■ 1 il 3 ayında. Pediatr tərəfindən baxış.
■ 1 il 6 ayında. Pediatr tərəfindən baxış. Müayinələr: qanın və sidiyin ümumi analizi.
■ 1 il 9 ayında. Pediatr tərəfindən baxış.
■ 2 yaşında. Həkimlər: pediatr, uşaq stomatoloqu. Müayinələr: qanın və sidiyin ümumi analizi.
■ 2 yaş 6 ayında. Pediatr tərəfindən baxış.
■ 3 yaşında. Həkimlər: pediatr, nevroloq, uşaq cərrahı, uşaq stomatoloqu, oftalmoloq, otorinolarinqoloq, uşaq psixiatrı, qızlar üçün uşaq ginekoloqu, oğlanlar üçün uşaq uroloq-androloqu. Müayinələr: qanın və sidiyin ümumi analizi, qanda qlükoza.
■ 4 yaşında. Həkimlər: pediatr, uşaq cərrahı. Müayinələr: qanın və sidiyin ümumi analizi.
■ 5 yaşında. Həkimlər: pediatr, uşaq cərrahı. Müayinələr: qanın və sidiyin ümumi analizi.
■ 6 yaşında. Həkimlər: pediatr, nevroloq, oftalmoloq, uşaq stomatoloqu, endokrinoloq, loqoped. Müayinələr: qanın və sidiyin ümumi analizi, qanda qlükoza.
■ 7 yaşında. Həkimlər: pediatr, nevroloq, uşaq cərrahı, uşaq stomatoloqu, travmatoloq-ortoped, oftalmoloq, otorinolarinqoloq, uşaq psixiatrı, qızlar üçün uşaq ginekoloqu, oğlanlar üçün uşaq uroloq-androloqu. Müayinələr: qanın və sidiyin ümumi analizi, qanda qlükoza, qarın boşluğu orqanlarının, ürəyin, qalxanabənzər vəzin və çanaq orqanlarının USM-si, EKQ.
MediClub KIDS-də biz bütün yaş qruplarından uşaqları qəbul edirik.Burada siz uşağınızın tam müayinəsini keçirə bilərsiniz.
Əlaqə üçün nömrə: MediClub KIDS (012) 525 09 19