Endokrinologiya (yun. ἔνδον — içəri, κρίνω — ifraz edirəm λόγος — söz, elm) — daxili sekresiya vəzlərinin quruluşunu, funksiyalarını və onlar tərəfindən istehsal edilən hormonları, həmçinin həmin vəzlərin funksiyasının pozulması nəticəsində əmələ gələn xəstəlikləri araşdıran tibb sahəsidir.
MediClub-ın həkim-endokrinoloqları aşağıda qeyd olunan endokrinoloji xəstəliklər hallarında Sizə yardım göstərəcəklər:
■ Mədəaltı vəzin adacıq aparatının xəstəlikləri: I və II tip şəkərli diabet;
■ Paratiroid vəzlərinin xəstəlikləri (sistemli osteoporoz, hiperparatireoz, hipoparatireoz);
■ Qalxanabənzər vəzin xəstəlikləri (hipotireoz sindromu, tireotoksikoz sindromu, tireoiditlər, yod çatışmazlığı xəstəlikləri, medikamentoz tireopatiyalar və s.);
■ Hipotalamo-hipofizar sistemin xəstəlikləri (İtsenko-Kuşinq xəstəliyi, akromeqaliya, şəkərsiz diabet, funksional hiperprolaktinemiya, prolaktinoma və s.);
■ Böyrəküstü vəzlərin xəstəlikləri (xroniki böyrəküstü çatışmazlığı (Addison xəstəliyi), kəskin böyrəküstü çatışmazlığı, böyrəküstü vəzin qabıq maddəsinin şişləri və s.);
■ Piylənmə (metabolik sindrom, insulin rezistentlik)
MediClub-da endokrin xəstəliklərin diaqnostikası
MediClub Poliklinikada endokrinoloji profilli xəstələrin müayinəsi və müalicəsi üçün bütün imkanlar mövcuddur. Xəstənin səhhəti barədə təfərruatlı məlumatı əldə etmək üçün bir sıra laborator və instrumental müayinələr təyin edilə bilər (qan analizləri, həmçinin hormonlar, USM-si, EKQ, KT, rentgen və s.)
Şəkərli diabet xəstələrinin müalicəsi
Şəkərli diabetin istənilən növündən əziyyət çəkən xəstələrin müayinəsi və müalicəsi MediClub-ın həkim-endokrinoloqların fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Terapevtik tədbirlər kompleksinə şəkər səviyyəsini aşağı salan medikamentlərin seçilməsi və pəhrizin tərtib edilməsi daxildir. Ehtiyac yarandıqda xəstənin insulin müalicəsinə keçirmə prosedurasında peşəkar yardım göstərilir.