Oftalmologiya (qəd.yunὀφθαλμός «göz» + λόγος «elm») – göz, onun anatomiyasını, fiziologiyasını və xəstəliklərini tədqiq edən, göz xəstəliklərinin müalicə və profilaktika metodlarını tərtib edən elmdir. Insan ətraf mühit barədə məlumatın 80% -ni görmə qavrayışı vasitəsilə əldə edir. MediClub Poliklinikada görmə sisteminin xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi sertifikasiyadan keçmiş həkim-oftalmoloqlar tərəfindən aparılır.
Pandemiya, izolyasiya və onların nəticələri (on-line iş, on-line təlim, kompüter monitorunun, mobil telefonun şüa təsiri, televizor qarşısında uzun müddət keçirmə, oxuma zamanı bədənin qeyri-düzgün vəziyyəti, günün işıqlı vaxtı qapalı məkan xaricində keçirilən müddətin qısalması,irsi və digər görmə qabiliyyətinə mənfi təsir edən amillər oftalmoloji xəstəliklərin artmasına səbəb olmuşdur.
İldə bir dəfə həkim-oftalmoloqun profilaktik qəbulundan keçməsi mütləq olan hallar:
■ İrsi xəstəliklərin “risk qrupu”na daxil olan bütün şəxslər (risk qrupuna qohumlarında qlaukoma, miopiya və göz toxumalarının distrofik xəstəlikləri təyin olunan şəxslər daxildir);
■ 3-16 yaş arası uşaqlar, ildə bir dəfə;
■ Görmə qabiliyyətinin yaşlanma ilə əlaqəli zəifləməsi;
■ Qlaukoma (göz təzyiqinin artması) diaqnozunun inkar edilməsi məqsədi ilə yaşı 40-dan yuxarı olan bütün şəxslər;
■ Orta və yüksək dərəcəli və proqressiv miopiyalı pasientlər;
■ Şəkərli diabet xəstələri;
■ Nəqliyyat vasitələrinin sürücüləri, pilotlar, qatar sürücüləri və s., həmçinin rəngləri ayırd etmə qabiliyyətinin yoxlanılmasına yönəlik test (daltonizm testi);
■ Ofis işçiləri;
■ Göz travması keçirmiş şəxslər.
Göz xəstəliklərinin vaxtı vaxtında təyin olunması məqsədilə MediClub-ın mütəxəssisləri xəstəliyin əlamətləri biruzə vermədən ildə bir dəfədən az olmamaq şərti ilə profilaktik müayinədən keçməyi tövsiyə edirlər.
MediClub Poliklinika görmə aparatının funksional vəziyyətinin dəyərləndirməsinə imkan yaradan müasir oftalmoloji avadanlıqla təchiz edilib:
■ «Tomey» avtokeratorefraktometrı;
■ retinoskopiya və skiaskopik xətkeşlər;
■ «HUVITZ MRK - 3100» sınaq nişanlarının proyektoru;
■ foropter;
■ linzmetr;
■ birbaşa elektrik oftalmoskop;
■ rəng testləri;
■ pnevmotonometr;
■ Maklakov tonometrı;
■ müasir diaqnostik «Volk» linzalar dəsti ilə təchiz olunmuş «Tomey»firmasının dəlikli lampası (göz almasının qişalarının obyektiv qiymətləndirilməsi); ■ GEVolusonE10 ekspert sinfinə aid ultrasəs aparatı (göz almasının ultrasəs skanı A-scan).
MediClub klinikasının həkim-oftalmoloqları uşaqlar və böyüklərdə aşağıda qeyd edilmiş göz xəstəliklərin diaqnostikası və müalicəsini təmin edirlər:
■ İstənilən mürəkkəblikdə eynək korreksiyasının dəqiq seçilməsini təmin edən refraksiya anomaliyalarının hər bir növünün diaqnostikası (miopiya, uzaqgörənlik, astiqmatizm, presbiopiya);
■ Görmə qabiliyyətinin kontakt korreksiyası;
■ Gecə miopiyasının korreksiyası;
■ Görmə analizatorunun funksiyasının dəqiq təyinini, xəstəliyin mərhələsinin müəyyən edilməsini, effektiv dərman vasitəsinin təyinini və sonrakı müalicəyə nəzarəti ehtiva edən qlaukomanın diaqnostikası;
■ Xəstəliyin törədicisini müəyyən etmək və adekvat müalicə kursu seçmək məqsədi ilə yaxmaların götürülməsini daxil edən müxtəlif etiologiyalı demodekozun, xalyazionun, keratitın, konyuktivitin, blefaritin, iritin, iridosiklitin diaqnostikası;
■ Patoloji prosesin erkən mərhələsindən göz büllurunun, şüşəyəbənzər cismin, torlu qişanın müxtəlif xəstəliklərinin diaqnostikası;
■ “quru göz” sindromunun diaqnostikası və müalicəsi (Şirmer testı);
■ İşixara və Rabkin cədvəllərinə əsasən rəng ayırd etmənin pozulması (daltonizm testı);
■ Böyüklər üçün ambulator manipulyasiyalar və göz xəstəliklərinin müalicəvi proseduraları (göz yaşı nöqtələrinin aktivasiyası, göz yaşı yollarının yuyulması);
■ Konyuktiva və buynuz qişasından yad cismlərin xaric edilməsi;
■ Konyuktiva və buynuz qişasının kalsifikatlarının xaric edilməsi;
■ Trixiazın aradan qaldırılması;
■ Yüngül dərəcəli göz yanıqlarının müalicəsi;
■ Səthi yanıqlar halında konyuktival boşluğun şırnaq yuyulması;
■ kompüter görmə sindromunun, akkommodasiya spazmının konservativ müalicəsi;
■ efraksiya anomaliyaları, çəpgözlük və ambliopiyası olan uşaqların bərpaedici konservativ müalicəsi.