1 yaşa qədər uşaqların dispanserizasiyası çox vacibdir, çünki 1 yaşa qədər vacib olan həkimlərin müayinələrdən keçmək gələcəkdə ciddi sağlamlıq problemlərin qarşısını almağa kömək edə bilər. Körpəlik dövründə aşkar edilən xəstəliklər uğurla müalicə edilə bilər.
1 yaşa qədər uşağın vacib müayinələrinə aşağıdakılar daxildir:
■ 2 həftəyə qədər yeni doğulmuş uşağın skrininqi.
■ 1 ayında. Həkimlər: pediatr (ümumi müayinədən əlavə, anadangəlmə metabolik və genetik xəstəliklərin skrininqi də aparılır); uşaq cərrahı; nevroloq; oftalmoloq. Müayinələr: qarın boşluğunun USM-si, beynin USM-si (neyrosonoqrafiya), Exo-KQ, audioskrininq.
■ 2 ayında. Həkimlər: pediatr, nevroloq (1 ayda müayinədə olmadıqda). Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.
■ 4 ayında. Həkimlər: pediatr, ortoped-travmatoloq.
■ 6 ayında. Həkimlər: pediatr, uşaq cərrahı, nevroloq. Müayinələr: qanın ümumi analizi, dəmir qanda, sidiyin ümumi analizi, Exo-KQ.
■ 9 ayında. Pediatr tərəfindən müayinə. Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.
■ 1 yaşında. Həkimlər: pediatr, uşaq cərrahı, oftalmoloq, otorinolarinqoloq (ENT), stomatoloq. Müayinələr: qanın ümumi analizi, qanda qlükoza, sidiyin ümumi analizi, EKQ.
MediClub KIDS-də biz bütün yaş qruplarından - 0 yaşdan 18 yaşa qədər - uşaqları qəbul edirik. Burada siz tədqiqat metodları da daxil olmaqla uşağınızın tam müayinəsini keçirə, həmçinin qeydiyyata qoya bilərsiniz.
Əlaqə üçün nömrə: MediClub KIDS (012) 525 09 19