İmmunizasiya (vaksinasiya) infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizənin təməlini təşkil edir və yalnız sağlam uşaqlarda deyil, həmçinin, xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlarda da tətbiq edilir.
MediClub KIDS klinikasında bütün yaş qruplarına aid olan uşaqlara (0-18 yaş arası) həkim-immunoloq və xüsusi təlim keçmiş tibb bacısı tərəfindən peyvənd kabinetində həkim baxışı keçirildikdən sonra peyvəndlər vurulur. Vaksinlər bütün müvafiq tələblərə uyğun olaraq saxlanılır.
Milli peyvənd təqviminə əsasən keçirilən immunizasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və istifadəsinə icazə verilmiş polivalent vaksinlər vasitəsilə aparılır.
Peyvənd cədvəli pozulduğu halda, uşaq üçün fərdi, bütün əks göstərişləri nəzərə alan peyvənd cədvəli tərtib olunur. Ehtiyac yarandıqda həkim-immunoloq tərəfindən müayinələr və preparatlar təyin edilir, vaksinasiya ardıcıl olaraq bu tədbirlərin alınmasından sonra aparılır.
Xarici vətəndaşlar üçün vaksinasiya uşağın (pasientin) daimi yaşadığı ölkənin peyvənd cədvəlinə əsasən aparılır.
MediClub KIDS klinikasında uşaqların aktiv (təcili) vaksinasiyası (tetanus, quduzluq və s.) travmalar alındıqda və heyvanların dişləməsi nəticəsində aparılır. Vaksinasiya cədvəli hər bir ayrıca halda fərdi olaraq tərtib edilir.