Revmatologiya həkim-revmatoloqlar, revmatik oynaqların iltihab xəstəliklərin sistemli vaskulitlərin diaqnostikası və müalicəsi, onurğa sütununun, oynaqların, vnozologiya, sümüklərin, əzələlərin və qan damarlarının zədələnməsi Revmatologiya

Revmatologiya (yun. Ρεύμα -«axın, çay», və logos - «araşdırma, öyrənmə») – revmatik xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir.

Revmatologiyanın tədqiqat sahəsinə onurğa sütununun, oynaqların, sümüklərin, əzələlərin və qan damarlarının zədələnməsini daxil edən vnozologiyanın (dayaq-hərəkət aparatından əlavə daxili orqanların zədələnməsi) araşdırılması daxildir.

MediClub KIDS klinikasının həkim-revmatoloqları aşağıdakı xəstəliklərin müalicəsini təmin edir:


■ oynaqların iltihab xəstəlikləri:
revmatoid artrit;
ankilozlaşan spondilit (Bexterev xəstəliyi);
osteoartroz;
podaqra;
osteoporoz;
Reyter xəstəliyi;
Reyno xəstəliyi.

■ sistem revmatik xəstəliklər:
sistemli qırmızı qurd eşənəyi;
dermatomiozit;
Şeqren xəstəliyi;
sistemli sklerodermiya.

■ sistemli vaskulitlər:
hemorragik vaskulit (Henox-Şönleyn purpurası);
düyünlü poliarteriit;
mikroskopik poliangiit.

Revmatik xəstəliklərin diaqnostikası laborator müayinə metodları (qanın ümumi analizi, revmatoid faktor, sidik turşusu, antinuklear anticisimlər (nüvə antigenlərinə qarşı anticisimlər), C-reaktiv zülal (CRZ), antistreptolizin-O (ASLO) və s.), həmçinin USM, rentgenoqrafiya, KT (kompüter tomoqrafiyası) kimi əlavə müayinə metodları vasitəsilə aparılır.